Gənclər Günü münasibətilə Ümummilli Lider Heydər Əliyevin məzarı ziyarət olunub
Sosial həyat

Gənclər Günü münasibətilə Ümummilli Lider Heydər Əliyevin məzarı ziyarət olunub

2 Fevral - Azərbaycan Gənclər Günü münasibətilə Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və gənclər təşkilatlarının nümayəndələri, könüllüləri, üzvləri Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, sonra birinci və ikinci Şəhidlər xiyabanlarını ziyarət edən gənclər ölkəmizin suverenliyi, azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, məzarları üstünə gül dəstələri qoyublar.