GƏNCƏ: Üzümçülük və Şərabçılığın İnkişaf Forumu keçirilib
Region

GƏNCƏ: Üzümçülük və Şərabçılığın İnkişaf Forumu keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Üzümçülük və Şərabçılığın İnkişaf Forumu keçirilib. Forumda əvvəlcə ulu öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Gəncə Destinasiya Menecmenti Təşkilatı, “AzGranata” MMC, “Şirvan şərabları” MMC-nin tərəfdaşlığı ilə keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin, ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının, Turizm Bürosu, Şərabçılar Assosiasiyasının, eləcə də bu sahədə fəaliyyət göstərən sənaye müəssisələrinin nümayəndələri, Türkiyə və İspaniyanın elm adamları, tanınmış mütəxəssislər iştirak ediblər.  

Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi, dosent Yaşar Ömərov ATU-nun əsasının vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib.

Forum Üzümçülük və Şərabçılıq olmaqla iki panel üzrə təşkil edilib.

Zabit XƏLİLOV,

“REspublika”.