Gela Bejanişvili: Şuşa BeynəlxalqKulinariya Festivalı Qafqazda keçirilən  ən gözəl festivaldır
MÜSAHİBƏLƏR

Gela Bejanişvili: Şuşa BeynəlxalqKulinariya Festivalı Qafqazda keçirilən  ən gözəl festivaldır

Düşünürəm ki, Birinci Şuşa Beynəlxalq Kulinariya Festivalı Qafqazda keçirilən ən gözəl festivaldır. Belə festivallar tez-tez keçirilməlidir. Şuşa çox gözəl şəhərdir. Bura ilk dəfədir ki, səfər edirəm, amma artıq ona aşiq olmuşam. Şuşa bir qədər Gürcüstanın Sevgi şəhəri olan Signaxi şəhərinə bənzəyir. O, Kaxetidədir. Burada hava tez-tez dəyişir. İndi hava əladır.

Bu barədə AZƏRTAC-a müsahibəsində Birinci Şuşa Beynəlxalq Kulinariya Festivalının iştirakçısı, gürcüstanlı müğənni Gela Bejanişvili deyib.

Onun sözlərinə görə, festival möhtəşəm təşkil olunub. "Mən çox yerdə olmuşam, amma heç bir yerdə bu cür təşkilatçılığa rast gəlməmişəm. Hər şey gözəl təşkil olunub, hamı məmnundur. Biz burada olmaqdan çox şadıq. Birinci Şuşa Beynəlxalq Kulinariya Festivalı artıq özünü doğruldub", - deyə G.Bejanişvili vurğulayıb.

"Bu gün əlamətdar bir gündür. Otuz il bundan əvvəl, 1992-ci il mayın 8-də Şuşa işğal olunmuşdu. Bu gün isə biz işğaldan azad edilmiş Şuşada ilk kulinariya festivalını keçiririk. Bütün Azərbaycanı təbrik edirəm!", - deyə G.Bejanişvili sonda bildirib.

AZƏRTAC