Gədəbəydə “Heydər Əliyev İli” çərçivəsində “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə tədbir
Region

Gədəbəydə “Heydər Əliyev İli” çərçivəsində “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə tədbir

Tədbirdə Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Təhsil İdarəsinin işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid və Vətən müharibəsi iştirakçılarının övladları, rayon ümumtəhsil məktəblərinin nümunəvi şagirdləri iştirak etmişdir. Tədbir Heydər Əliyev Mərkəzinin foyesində Ümummilli lider Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini əks etdirən sərgiyə baxışla başlanmış, “Heydər Əliyev-uşaqları sonsuz məhəbbətlə sevən lider” adlı videoçarx nümayiş etdirilmişdir.

Rayon İcra Hakimiyyəti başçısı Orxan Mürsəlov bu əlamətdar gün münasibətilə uşaqları təbrik etmiş, Ulu öndər Heydər Əliyev, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uşaqlarımızın milli ruhda böyüməsi üçün həyata keçirilən tədbirlərdən danışmışdır. Tədbirdə, həmçinin, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev çıxış etmiş, təbriklərini çatdırmışdır.

Vəli VƏLİYEV,

“Respublika”