“Gardashlar mebel” təşkilati-hüquqi formasını dəyişib
Digər xəbərlər

“Gardashlar mebel” təşkilati-hüquqi formasını dəyişib

Ölkənin yerli mebel istehsalçılarından olan “Gardashlar mebel” MMC təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə (QSC) çevrildiyini elan edib.

2015-ci ildə yaranmış “Gardashlar mebel” şirkəti yerli mebel istehsalında öz sözünü demişdir. 17 kateqoriya mebel istehsalı ilə məşğul olan fabrik istehsal gücünü artırmaq məqsədilə müasir avadanlıqlarla təchiz olunmaqdadır.

“Gardashlar mebel” Özəl layihələr əsasında Təhsil mərkəzləri, Hərbi hissələr, Səhiyyə ocaqları, Otel və restoran, Dövlət və Özəl müəssisələri üçün müxtəlif təyinatlı mebellərin istehsalını həyata keçirməkdədir. Şirkətin texnoloji yeniliklərə və insan kapitalına etdiyi yatırımlar mebel sektorunda daha keyfiyyətli və dövrün tələbinə uyğun məhsullar istehsal etməyə imkan yaradır.

200-dən çox daimi işçi heyəti olan fabrik 6 il müddətində 300-dən çox layihə icrasına imza atmışdır.

Azərbaycanda Ofis mebellərinin istehsalı və təkmilləşdirilməsi istiqamətində daim texnoloji həll yolları təqdim edən Gardashlar mebel şirkəti artıq 1 ildir ki, Amerikaya mebel ixrac edərək, “Made in Azerbaijan” adı altında xarici alıcıların rəğbətini qazanır.

“Gardashlar mebel” istehsal keyfiyyətini və müştərilərə göstərilən xidmətin səviyyəsini beynəlxalq standartlara uyğun təşkil edə bilmişdir. Belə ki, fabrikin istehsal keyfiyyəti və idarəetmə sistemi İSO 9001: 2008 və İSO 9001: 2015 beynəlxalq sertifikatlara layiq görülmüşdür.

Qeyd edək ki, “Gardashlar mebel” şirkətinin hazırda ölkə üzrə iki sərgi mağazası mövcuddur. Onlardan biri Bakı şəhəri, Həsən Əliyev 12A ünvanında, digəri isə Biləcəri qəsəbəsi, Binəqədi şosesi 8F ünvanında yerləşir.