Füzuli rayonunun Üçbulaq kəndində traktor minaya düşüb
Digər xəbərlər

Füzuli rayonunun Üçbulaq kəndində traktor minaya düşüb

Yanvarın 28-də Füzuli rayonunun işğaldan azad olunmuş Üçbulaq kəndi ərazisində əkin işləri zamanı traktor minaya düşüb.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Rayon prokurorluğuna verilən məlumatda hadisə nəticəsində traktora zərər dəysə də, hər hansı şəxsin xəsarət almadığı bildirilib.

Hazırda faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.

AZƏRTAC