Füzuli rayonunun Dövlətyarlı kəndi olacaq
Digər xəbərlər

Füzuli rayonunun Dövlətyarlı kəndi olacaq

Füzuli rayonu işğal dövründə erməni terrorundan ən çox ziyan çəkən ərazilərimizdəndir. Rayon strateji baxımdan mühüm əhəmiyyət kəsb edir. İkinci Qarabağ müharibəsi zamanı ən gərgin döyüşlər bu ərazidə aparılıb. Belə ki, Füzuli istiqamətində gedən döyüşlər Azərbaycan Ordusunun Vətən müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olmuşdu. Çünki işğal dövründə düşmən bu ərazidə keçilməz istehkamlar, müdafiə sədləri yaratmışdı.

Füzuli azad edildikdən sonra Ermənistan ordusunda fərarilərin sayı durmadan artdı. Artıq Azərbaycan Ordusunun gücü qarşısında aciz qalan düşmən döyüşməyin mənasız olduğunu anlayaraq ordudan qaçmağa başladı. Füzuli şəhərinin azad edilməsi isə əsgər zabitlərimizə mənəvi güc verdi. Rayonun azad edilməsindən sonra Şuşa istiqamətində hərəkət etmək üçün geniş imkanlar yarandı. Eyni zamanda digər rayonlarımız istiqamətində hərəkət sürətləndi. Füzuli azad edildikdən üç gün sonra Zəngilan, beş gün sonra isə Qubadlı şəhəri azad edildi.

Füzuli rayonu 2020-ci il oktyabr ayının 17- işğaldan azad edilmişdir. Bir zamanlar çal-çağırlı, gözəl təbiətə malik rayon xarabazarı xatırladırdı. Ermənilər tərəfindən yerlə-yeksan edilmişdi. Respublikamızın ən iri yaşayış məskənlərindən olan Füzuli rayonu tanınmaz hala salınmışdı. Erməni işğalına qədər rayonda pambıqtəmizləmə, yağ-pendir dəmir-beton məmulatı zavodları, taxıl məhsulları kombinatı, toxuculuq fabriki, daş karxanası, 11 üzüm emalı müəssisəsi, 100-dən çox iri müəssisə təşkilat, teatr, mədəniyyət evi, kütləvi kitabxana, mərkəzi rayon xəstəxanası başqa iaşə müəssisələri fəaliyyət göstərmişdir. Rayonda 2 şəhər, 16 qəsəbə, 82 kənd başqa yaşayış məntəqələri olmuşdur. Əfsuslar olsun ki, böyük bir ərazini əhatə edən rayonda bir dənə olsun salamat bina qalmamışdır.

Böyük Qələbədən sonra işğaldan azad edilmiş ərazilərimizdə nəhəng tikinti-quruculuq işlərinə başlanılıb. Azərbaycan dövləti bu yerlərin əvvəlki görkəmini özünə qaytarmaq üçün bütün mümkün imkanlardan istifadə edir. Heç bir xarici ölkənin, beynəlxalq təşkilatın köməyi olmadan, ölkəmiz öz gücü, potensialı hesabına ərazilərimizi yenidən qürur. Füzuli rayonu da öz yeni həyatına başlayır. İndi bu torpaqlarda müasir standartlara cavab verən gözəl binalar ucaldılır. Kəndlər, şəhərlər canlanır. Təbiət öz rənginə boyandığı kimi, insan da öz zəhmətinin rəngini çəkir bu yerlərə. Gözəlliyinə gözəllik qatır. Köhnə ünvanlarda yeni məskənlər salınır. Ərazilər dağıntılardan təmizlənir.

Hələ 2020-ci il noyabr ayının 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli şəhərinə səfər edərkən gördüyü mənzərədən heyrətə gəlmişdi. Şəhərdə bayrağımızı qaldıran ölkə başçısı yaxın gələcəkdə bu yerlərin gülüstana çevriləcəyini bildirmişdi. Budur, 3 ilə yaxın qısa bir vaxt ərzində rayon canlanmağa başlayıb. Hər tərəfdə böyük tikinti işləri gedir. Artıq Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib. Bu hava limanı işğaldan azad olunmuş ərazilərimizlə intensiv rahat əlaqələrin qurulmasında mühüm rol oynayır.

Füzulidə aparılan tikinti-quruculuq işlərinə həm yolların yenidən salınması da daxildir. Gələcəkdə şəhərin yol-küçə şəbəkəsinin ümumi uzunluğu 87,5 kilometr olacaq. Yolun 18 kilometrində layihələndirmə artıq başa çatıb. 2026- ilə qədər Füzuli rayonunda 5678 evin, 2326 mənzilin 3352 fərdi yaşayış evinin tikintisi planlaşdırılır. Yaxın gələcəkdə rayonun Dövlətyarlı, Dədəli Pirəhmədli kəndlərinin tikintisinə başlanılacaq. Daha 7 kəndin tikintisi üçün layihələndirmə işləri aparılır. Bütün bunlar bir neçə gün öncə Füzuli Beynəlxalq Hava Limanının İnzibati binasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Şəhərsalma Məsələləri üzrə İşçi qrupunun iclasında açıqlanmışdır. Eyni zamanda Füzuli şəhərində aparılan tikinti-quruculuq işləri ilə əlaqədar layihələndirmə işləri, Mərkəzi parkın layihələndirilməsi, "Ağıllı kənd" konsepsiyası ilə bərpaolunan Dövlətyarlı kəndində aparılan tikinti-quruculuq işləri, Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin layihələndirilməsi, rayonda ilkin mərhələdə bərpa ediləcək yaşayış məntəqələrinin elektrik enerjisi su təminatı, Köndələnçay su anbarının yenidən qurulması digər məsələlər müzakirə edilmişdir.

Qarabağın işğaldan azad olunmuş şəhər kəndlərində tikinti-quruculuq işləri geniş vüsət alıb. Böyük Qayıdış proqramına uyğun olaraq əhalinin mərhələli şəkildə köçürülməsi həyata keçirilir. Sevindirici haldır ki, yaxın gələcəkdə Laçın rayonu kimi, Füzuli rayonuna da köç karvanı başlayacaq. İkinci "Ağıllı kənd" Füzuli rayonunun Dövlətyarlı kəndində salınacaq. Kəndin təməli hələ ötən il oktyabr ayının 17- ölkə başçısı İlham Əliyev tərəfindən qoyulmuşdur. Burada üç, dörd beşotaqlı olmaqla, ilkin mərhələdə 450 evin inşası nəzərdə tutulur. Həmçinin, məktəb, uşaq bağçası tikiləcək. Bazar istifadəyə veriləcək. Kəndin yerləşmə coğrafiyasına uyğun olaraq bir sıra sahələr üzrə müəssisələr yaradılacaq. Kartofçuluq üzrə müəssisələrin yaradılması planlaşdırılır. Sözügedən müəssisədə 40 daimi, 300-dək mövsümi yeri yaradılacaq. Köndələnçay su anbarının əsasında ağıllı akvakultura sistemlərinin tətbiqi hesabına balıqçılıq təsərrüfatının qurulması da kənd sakinlərinin işlə təmin olunmasına kömək edəcək. Kənddə həm quşçuluq təsərrüfatı yaradılacaq, bu da ki, ilkin mərhələdə 85 daimi yerinin açılmasına imkan verəcək.

Kənddə xarici investisiya əsasında alternativ enerji həlləri məqsədilə günəş paneli tarlası salınacaq. İnvestisiya layihəsinin gücü 50 meqavat olacaq, burada 20 daimi işçi çalışacaq. "Ağıllı" turizm həllərinin vasitəsilə kənd turizm infrastrukturunun formalaşdırılması otel infrastrukturunun yaradılması da nəzərdə tutulur.

Ramidə YAQUBQIZI,

"Respublika".