Fransanın xəbis niyyətli təhlükəli oyunları
Digər xəbərlər

Fransanın xəbis niyyətli təhlükəli oyunları

Fransa Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqları qəbul etmək istəmir. Bəlkə buna görə Fransanın Ermənistana silah təchizatını həyata keçirməsi üçün uzun müddətdir ki, müzakirələr aparılır. Artıq Fransa Ermənistana silah tədarük etməyə başlayıb.

Bu barədə sosial şəbəkələrdə məlumat verilib. Mənbə yazır ki, razılıq Ermənistanın müdafiə naziri Suren Papikyanın ötən ilin sentyabrında Parisə səfəri zamanı əldə olunub. Əvvəlcə 50 zirehli texnika, daha sonra "Minstrel" hava hücumundan müdafiə raketləri gətiriləcək. Yayılan məlumata görə, Fransa hərbi attaşesi Fransanın öldürücü silahlarının Ermənistana tədarükünə nəzarət edəcək. Məlumatda qeyd edilib ki, Parisin hərbi-siyasi qərarına əsas dəstəyi şəxsən Fransa Prezidenti Emmanuel Makron verib. Beləliklə, Avropa İttifaqının aparıcı ölkələrindən biri regiona öldürücü silahların verilməsindən imtina etmək kimi ənənəvi ümumavropa siyasətini kobud şəkildə pozur, bununla da regionda hərbi balansa Ermənistanın xeyrinə təsir göstərməyə çalışır.

Eyni zamanda, ATƏT-in keçmiş Minsk qrupu formatının iflasa uğramasından sonra Fransa hər vəchlə Ermənistana yardım etmək istəyini gizlətmir. Fransanın bu addımı, həmçinin Ermənistandakı revanşizm əhvali-ruhiyyəsini yüksəldir, işğalçılıq prinsiplərini separatizm meyillərini gücləndirir. Rəsmi Parisin bu davranışları, eyni zamanda Cənubi Qafqazda yeni eskalasiya riskini artırır, beynəlxalq səviyyədə təhlükəsizliyin daha da zədələnməsinə gətirib çıxarır. Görünən odur ki, Fransa üçün regionun, dünyanın təhlükəsizliyi önəmli deyil. Politoloqların qənaətinə görə, bu, Fransanın Ermənistan sayəsində Cənubi Qafqazda möhkəmlənmək niyyəti ilə əlaqədardır. Diplomatik uğursuzluqlara düçar olan Fransanın beynəlxalq münasibətlərin periferiyasına sıxılmamaq üçün təcili diplomatik uğur əldə etməsi vacibdir. Makron iqtidarı belə hesab edir ki, Ermənistan bu baxımdan ideal bir variantdır. Sorğular göstərir ki, Ermənistan-Rusiya ziddiyyətləri İran Fransanın ölkə daxilində mövqelərinin güclənməsinə səbəb olur. Fransa artıq İrandan sonra ermənilərin kömək gözlədikləri ikinci ölkədir. Rusiyanı Ermənistan cəmiyyətindən tədricən sıxışdıran Paris Ermənistana silah satmaqla Rusiyanı, indi İran Hindistanı sıxışdırmaq istəyir.

Fransa 30 ilə yaxın bir müddət ərzində erməni diaspor lobbi təşkilatlarının təsiri altında Ermənistana dəstək nümayiş etdirməsinə ədalətsiz, qeyri-peşəkar, o cümlədən dekonstruktiv yanaşmasına baxmayaraq, keçmiş münaqişə ilə bağlı hər hansı bir uğur əldə edə bilmədi. Təbii ki, söhbət onların istəkləri istiqamətindəki uğurdan gedir. Azərbaycan bu münaqişəni özü həll etdi.

Artıq İkinci Qarabağ müharibəsindən sonra reallıqlar şərtlər dəyişib. Biz unutmamalıyıq ki, mövcud vəziyyəti tam dəyişdiyimiz kimi, ermənipərəst siyasət yürüdən anti-Azərbaycan qüvvələrin mübarizə metodlarında ciddi dəyişikliklər olub. Bu mübarizə metodlarında artıq açıq platformaya keçiblər. Aşkar şəkildə mübarizə tədbirlərini Azərbaycana qarşı ortaya qoyublar. Əvvəllər münaqişənin mövcud olduğu dönəmdə bu, mümkün qədər gizli şəkildə həyata keçirilirdisə, hazırkı məqamda aşkar formada reallaşdırılır.

Fransa prezidenti Emmanuel Makron Ermənistanın dünyada maraqlarını qoruyur onlarla birlikdə işğalçılıq siyasətinə rəvac verir. Fransanın özünün isə işğalçılıq siyasətində tarixi nümunələr çoxdur. Heç kim deyə bilməz ki, bu gün Ermənistanda Fransa silahları yoxdur. Yaxud 44 günlük müharibədə Fransadan işğalçı ölkəyə hansısa hərbi təmayüllü yük gəlməyib döyüşlərdə istifadə olunmayıb. Buna görə Fransanın Cənubi Qafqazda hansısa tərəfdaş vasitəçi rolunda oynaması utopiyadır.

Vaşinqtonda ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkenin Brüsseldə Şarl Mişelin iştirakı ilə keçirilən görüşlərdə Ermənistan yenə üzərinə öhdəliklər götürdü. Proseslərin gedişatı da göstərir ki, Ermənistanın destruktivliyi fonunda dünya hər ötən gün Azərbaycanın yanında daha çox yer almağa başlayır. Bunu təsdiq edəcək bir fakt da Avropa İttifaqının rəhbəri Şarl Mişelin Brüssel görüşü sonrası yekun bəyanatıdır. Hadisələr göstərdi ki, artıq Qərb Ermənistanın destruktivlik oyunlarından cana yığılıb. Bu gün rəsmi İrəvanı dəstəkləyənlər göz önündədir. Emmanuel Makron "bacısı" Paşinyana böyük dəstək nümayiş etdirməyə davam edir. Azərbaycanla yekun sülh sənədini imzalamaq üçün görüşlər keçirən, barışığa hazır olduğu görüntüsü yaradan Ermənistan Fransanın, İranın digər havadarlarının sülhə mane olmaq, regionu yenidən poliqona çevirmək üçün dayanmadan yeni silahlarla təchiz olunmağa başlayıb. Revanş almaq məqsədilə hazırda İrandan daha çox Fransa Ermənistanı hazır vəziyyətə gətirmək üçün dəridən-qabıqdan çıxır. Son məlumatlardan da görürük ki, Fransa Ermənistana silah ixrac etmək niyyətindədirFransanın Ermənistanla münasibətlərini hərbi əməkdaşlıq müstəvisinə qaldırmağa qərar verməsi bunun növbəti bariz nümunəsidir. Fransa parlamenti tərəfindən beynəlxalq hüquqazidd olan birtərəfli anti-Azərbaycan qətnamələri qəbul olunub. Bu ölkənin ermənilərə silah-sursat verməsi münasibətləri daha da gərginləşdirə bilər.

Onu da qeyd edək ki, Ermənistanın görüşlər ərəfəsində ard-arda təxribatlar törətməsi özündən çox, ona himayədarlıq edən qüvvələrin maraqlarına xidmət edir. Bu gün rəsmi İrəvan öz xalqının gələcəyini düşünmək əvəzinə, destruktiv mövqe sərgiləməyə davam edir. Ermənistan havadarlarının şirin vədlərinə o qədər aludə olub ki, qeyri-konstruktiv addımların sonunun onun üçün hansı fəsadlarla yekunlaşacağını düşünmədən belə, bölgədə vəziyyəti yenidən gərginləşdirmək niyyətindədir.

Mustafa KAMAL,

"Respublika".