Fransanın Nant şəhərində fəaliyyət göstərən Qarabağ Azərbaycan Məktəbinin kollektivindən
Məktublar

Fransanın Nant şəhərində fəaliyyət göstərən Qarabağ Azərbaycan Məktəbinin kollektivindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Fransanın Nant şəhərində fəaliyyət göstərən Qarabağ Azərbaycan Məktəbinin kollektivi olaraq Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik.

Sizin həyata keçirdiyiniz müdrik siyasət sayəsində Azərbaycan sosial-iqtisadi sahədə böyük nailiyyətlər qazanmış, 30 ilə yaxın işğal altında qalan tarixi torpaqlarımız azad edilmişdir. Bu uğurlar əlbəttə ki, doğma Vətəndən uzaqda yaşayan soydaşlarımız tərəfindən böyük qürurla və rəğbətlə qarşılanmışdır. Siz adınızı tarixin yaddaşına qızıl hərflərlə yazdırdınız.

Möhtərəm Prezident, fürsətdən istifadə edərək dünya azərbaycanlılarına göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk.

Sizi bir daha təbrik edir, möhkəm cansağlığı, fəaliyyətinizdə yeni-yeni uğurlar, doğma Azərbaycanımıza isə hər zaman sülh və firavanlıq arzulayırıq.

Hörmətlə,

Fransanın Nant şəhərində fəaliyyət göstərən Qarabağ

Azərbaycan Məktəbinin kollektivi