Fransa və Ermənistanın çirkin oxşarlıqları
Siyasət

Fransa və Ermənistanın çirkin oxşarlıqları

Müstəmləkə siyasətinin birbaşa icraçısı Fransa keçmiş Rusiya imperiyası tərəfindən əsası qoyulmuş Ermənistan. Bu iki ölkənin bir-biri ilə münasibətinə əslində təəccüb etməməliyik. Necə deyərlər, dostunu göstər, deyim sən kimsən. Afrika qitəsinin yeraltı yerüstü sərvətlərini mənimsəmiş, 50-dən artıq dövlətin ərazisini işğal etmiş, həmin dövlətlərin maddi-mədəni irsini talan etmiş, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın dostu, elə Ermənistan kimi dinc əhalimizə qarşı soyqırımları törətmiş, islamofob, təcavüzkar olmalı idi. Regional beynəlxalq təhlükəsizliyə təhdid yaradan Ermənistanın 30 ilə yaxın dövrdə işğal etdiyi torpaqlarımızda törətdiyi təxribatların vurduğu ziyanı bərpa etmək üçün uzun illər lazım olacaq.

Xain düşmənin işğaldan azad edilmiş ərazilərimizdə yerləşdirdiyi beynəlxalq qurumlar tərəfindən qadağan edilmiş minalar erməni vandallığını bütün dünyaya sübut edir. İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin edilməsi orada bərpa işlərinin aparılması Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifələrdəndir. Lakin erməni hərbi birləşmələri tərəfindən basdırılmış minalar səbəbindən bərpa işləri ləngiyir. Bərpa işlərindən daha vacib olan məqam isə müharibədən sonra 268 azərbaycanlının bu minalardan həlak olması ya yaralanmasıdır.

1999-cu il Ottava Konvensiyasının piyada əleyhinə minaların istifadə edilməsini, istehsalını, yığılmasını ötürülməsini qadağan edən bəndlərinə Ermənistan tərəfi birmənalı yanaşmadı. Ölkəmizin məsələni bir çox beynəlxalq platformalarda yüksək səviyyəli təmaslarda dəfələrlə qaldırmasından sonra müxtəlif təzyiqlərin nəticəsində Ermənistan mina xəritələrini təqdim etdi. Lakin xəritələrin dəqiqliyi cəmi 20-25 faiz oldu. Ərazilərdən çıxarılan minaların 1 kvadratmetrinə düşən nisbətinə görə Ermənistan işğal etdiyi ərazilərimizdə təxminən 5 milyona yaxın mina basdırıb. Bu da orta hesabla Ermənistanın illik dövlət büdcəsinin 15 faizini təşkil edir. Yəni onlar dövlət büdcəsinin 15 faizə qədərini azad olunmuş ərazilərimizdə minaların basdırılmasına sərf ediblər. Ölkənin büdcəsinin böyük hissəsinin işğalın davam etdirilməsinə, insanlıq əleyhinə cinayətlərin törədilməsinə xərcləyən Ermənistanın beynəlxalq hüquqazidd mövqeyi qlobal məkanda səssizliklə qarşılandı. Davamlı olaraq törətdikləri cinayətləri, vəhşilikləri görməzdən gələn dünya ictimaiyyəti heç olmasa basdırılan minalarda həyatını itirən 200 nəfərdən artıq vətəndaşımıza görə bir-iki sətirlik olsa da, bir bəyanat səsləndirməli idi. Minaları istehsal edən, onu qanunsuz olaraq ərazilərimizə yerləşdirən Ermənistan beynəlxalq hüquqa görə bütün təşkilat qurumlardan təcrid olunmalı idi. Lakin əfsuslar olsun ki, bu günə qədər biz bunu müşahidə etməmişik. İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı davam etdirilən mina terroruna biganə qalmamalıdırlar. Aidiyyəti qurum təşkilatlar tərəfindən bu məsələ ilə bağlı Ermənistana çağırış təzyiqlər edilməli, cinayətlərin qarşısı qısa zamanda alınmalıdır.

Eynilə Fransa üçün mina məsələsi tanış mənzərədir. Görünür, məhz buna görə itirilən canların, dəyən ziyanın onlar üçün bir önəmi yoxdur Ermənistanı beynəlxalq ictimaiyyətdə qorumağa davam edirlər. Fransada Makronun təqdim etdiyindən fərqli olaraq demokratiyadan əsər-əlamət yoxdur. Təkcə Fransa vətəndaşları deyil, ədalətli dünya dövlətlərinin hər biri bunu aydın görür.

Əlcəzair 1830-cu ildə Fransa tərəfindən işğal edilən, müstəmləkə siyasətindən zərərçəkmiş ölkələrdəndir. Fransanın 1830-1962-ci illəri əhatə edən işğalı dövründə 1,5 milyon nəfərdən artıq əlcəzairli fransızlar tərəfindən öldürülüb. Buna görə Əlcəzair bəzən "1,5 milyon şəhid ölkəsi" adlandırılır. Təqribən 10 milyondan çox əlcəzairlinin fransız müstəmləkə dövrünün qurbanı olduğu bildirilir. Fransızların Əlcəzairə münasibəti işğal etdikləri digər ərazilərdən fərqli olub. İşğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa bu günə kimi həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən imtina edir. Avropada özünü "demokratiyanın beşiyi" sayan Fransanın humanizm beynəlxalq hüququ kəskin şəkildə pozması Ermənistan ilə oxşarlıq təşkil edir. Rəsmi Parisin ermənipərəst siyasətinin kökündə həm bu yanaşmanın dayandığını qeyd etməliyik. Qarabağda yaşayan 15-20 min erməniyə müstəqillik tələb edən Fransa, ərazisinə görə Afrikanın ərəb dünyasının ən böyük ölkəsinin 11 milyondan artıq əhalisinə muxtariyyət belə verməkdən imtina etmişdi. Əlcəzairin Reggan İn Ecker adlanan ərazilərində Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilmişdir ki, onlardan 11-i yeraltı sınaqlar olmuşdur. Fransa bu günə qədər aşkar edilməmiş kimyəvi, radioaktiv zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri Əlcəzair tərəfinə təqdim etmir. Eyni zamanda Fransa həmin sınaqların tullantıların yerli əhaliyə göstərdiyi təsirlərin qiymətləndirilməsi müvafiq kompensasiyanın verilməsi məsələsindən boyun qaçırır. Nəticədə, Əlcəzair Azərbaycan kimi dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasındadır.

Bu çirkin oxşarlıq təkcə mina problemi ilə sonlanmır. 1832-ci ildə Əlcəzairin El-Uffia qəbiləsi Fransa müstəmləkəçiliyinə qarşı çıxdığı üçün gecə saatlarında qılıncdan keçirildi. Xocalı faciəsi məhz gecə saatlarında dinc əhalimizə qarşı törədilmiş soyqırımı idi. Hər iki aqressor soyqırımı zamanı Cenevrə konvensiyalarının tələblərini pozaraq qadağan olunmuş silahlardan istifadə etmişdilər. Bu cinayətlər özlüyündə Ermənistan-Fransa əlaqələrini izah edir.

Nurlan ABDALOV,

"Respublika".