Fransa portalı Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsindən yazır
Digər xəbərlər

Fransa portalı Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsindən yazır

Fransanın “La Croix” portalında “Azərbaycanda uzun müddət davam edəcək minatəmizləmə başlayır” adlı məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə 1990-cı illərdə erməni işğalı nəticəsində doğma yurdundan didərgin düşən azərbaycanlıların dönüşünə  minaların mane olmasından yazılıb. Qarabağ müharibəsi haqqında məlumat verilib. Qeyd edilib ki, Azərbaycanın azad etdiyi ərazilərinin minadan təmizlənməsi 10 il davam edə bilər.

Azərbaycanın Qarabağ bölgəsinin1990-cı illərdə Ermənistan tərəfindən işğal edildiyi, erməni işğalı nəticəsində azərbaycanlıların doğma  evindən, yurdundan didərgin düşdüyü diqqətə çatdırılıb. Vurğulanıb ki, 30 ildir doğma yurdundan didərgin düşən azərbaycanlılar bu gün minalara görə doğma torpaqlarına qayıda bilmirlər. Ərazilərdə mina xəbərdarlığı ilə bağlı məlumatlandırıcı işarələr qoyulmasına baxmayaraq, 30 ildir doğma yurdlarının həsrəti ilə yaşayan azərbaycanlılar evlərini görmək üçün azad edilmiş yurdlarına gəlirlər. Bu günədək erməni minalarından 17 mülki şəxs həlak olub, 32-si isə yaralanıb. İki azərbaycanlı jurnalistin və bir zabitin mina qurbanı olduğu vurğulanıb. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib. Xalqı azad edilmiş ərazilərin minadan təmizlənməsinə qədər gözləməyə çağırıb.

Bildirilib ki, Azərbaycan əraziləri Ermənistan tərəfindən 2 mərhələdə minalanıb: 1990-cı illərdə və 44 günlük müharibə zamanı erməni silahlı qüvvələri geri çəkilərkən.  Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin ölkənin cənubunda, Zəngəzur dəmir yolu dəhlizinin ətrafını minalardan təmizlədiyi qeyd edilib. Cari ilin yanvarından 1200 metr uzunluğu və 60 metr eni olan ərazidə insan və tank əleyhinə 1000-dən çox mina tapıldığı yazılıb.

AZƏRTAC