Fransa Milli Assambleyasının deputatı: Prezident İlham Əliyev Azərbaycana siyasi və iqtisadi dinamizm gətirib
MÜSAHİBƏLƏR

Fransa Milli Assambleyasının deputatı: Prezident İlham Əliyev Azərbaycana siyasi və iqtisadi dinamizm gətirib

Azərbaycanda bir neçə dəfə olmuşam və yaxşı bilirəm ki, Azərbaycan xalqı öz Prezidentinə çox bağlıdır. Prezident İlham Əliyev bu illər ərzində ölkənin üzləşdiyi çoxsaylı çətinliklərin hər birini müdrikliklə dəf edib.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Fransa Milli Assambleyasının Avropa və xarici işlər üzrə komissiyasının üzvü Jerom Lamber deyib.

O bildirib ki, Prezident İlham Əliyev Azərbaycana siyasi və iqtisadi dinamizm gətirib, ölkəsinin iqtisadi çağırışlarına metodik cavab verib. Həmçinin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını azad etmək üçün başladılan müharibədə qələbə qazanıb.

J.Lamber qeyd edib ki, Azərbaycanın bugünkü əmin-amanlığı Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqının səyləri nəticəsində təmin olunub.

Dövlətimizin başçısını 60 illik yubileyi münasibətilə təbrik edən Fransa Milli Assambleyasının deputatı söyləyib: "İmkan olarsa, Prezident İlham Əliyevlə yenidən görüşməyi arzu edirəm və bu, mənim üçün böyük şərəf olar".

AZƏRTAC