FRANSA MAKRONA ETİRAZ EDİR
Digər xəbərlər

FRANSA MAKRONA ETİRAZ EDİR

Fransanı etiraz dalğaları bürüyüb. Xalq hakimiyyətə, onun yarıtmaz siyasətinə qarşı çıxır. Aksiyalar günü-gündən bir az da alovlanır. Nədir firəngləri qəzəbləndirən? Görünür, Makronun ərköyün xarakteri onu hələ uşaqlıq çərçivəsindən çıxarmayıb. Dövlətləri idarə etmək, əqidə, məslək, qətiyyət şəxsiyyət məsələsidir. Əslində, Fransa əhalisi, dünya ictimaiyyəti Makronu ciddi fiqur kimi qəbul etmir. Bu ölkə başçısı siyasi xadimdən daha çox, satirik personaja bənzəyir. Öz hərəkətləri nizamsız çıxışları ilə tez-tez gülüş obyektinə çevrilir. Onu hətta dünya mətbuatında "yeriyən çələng" adlandırmaqdan belə çəkinməmişlər.

Fransızlar Makrona qarşı cəza tədbirlərinə öz prizmalarından yanaşmışlar. Məsələn, 28 yaşlı Danien Tarelin öz etiraz üsyanını dövlət başçısını şillələməklə bildirmişdir. 18 ay həbs cəzası almasına baxmayaraq, törətdiyi əməlindən heç peşman olmadığını demişdir. Digər bir fransız isə Lion şəhərində təşkil olunmuş restoran ticarəti ilə bağlı sərgidə Makrona yumurta ataraq "Yaşasın inqilab" şüarını səsləndirmişdir. Hələ Makron Fransanın iqtisadiyyat naziri işlədiyi dövrdə ona qarşı yumurta "hücumları" olmuşdur. O zamanlar etirazçıların bu hərəkətinə səbəb hökumətin əmək qanunvericiliyində planlaşdırdığı islahatlarla bağlı idi.

Bu gün Fransada etiraz aksiyaları, çaxnaşmalar davam edir. Pensiya islahatlarına qarşı təşkil olunan etirazlar hər gün daha da genişlənir. Artıq Makron dalana sıxışdığını özü yaxşı bilir. Çünki Fransada baş verən etiraz aksiyaları sadəcə bununla bitmir. Öz azadlığını tələb edən korsikalılar da etiraz aksiyalarının fəal iştirakçılarındandır. Anlaşılan odur ki, Makron seçkiqabağı söz verdiyi heç bir məsələnin həlli üçün cəhd göstərməmişdir. Nəticədə, davamlı olaraq ölkədə sarı jiletlilərin digər zümrələrin etiraz aksiyaları səngimək əvəzinə, daha da güclənmişdir. Artıq Makron səriştəsiz dövlət rəhbəri imicini formalaşdırmış fransızlar onu ciddi qəbul etməyərək yalançılıqda günahlandırırlar.

O ki, qaldı Makronun Azərbaycana olan münasibətinə, biz bu münasibəti İkinci Qarabağ müharibəsindəki qələbəmizdən sonra gördük. Şahidi olduq ki, bu cığal dövlət rəhbəri öz ermənipərəst mövqeyi ilə Azərbaycanın uğuruna qısqanclıqla yanaşır. Makron Azərbaycanın qələbəsini, regionda söz sahibi olmasını həzm edə bilmir. Onun bu qısqanclığının arxasında isə nələr durur, yaxşı bilirik. Çünki 30 illik işğal dövründə Fransa keçmiş Minsk qrupunun tərkibində Azərbaycana qarşı heç bir ədalətli addım atmamışdır. Ona görə ki, Fransada fəaliyyət göstərən erməni lobbisi artıq Makron onun hakimiyyətinin "pul kisəsinə", biznes mərkəzlərinə yaxud da seçki kampaniyasının güc strukturuna çevrilmişdir. Makron çox gözəl bilir ki, bu gün ölkəsində olan ermənilərin biznes qaynaqları onu ayaqda saxlayan seçkilərdə karına gələn əsas dayaq nöqtələrindən biridir. Heç şübhəsiz ki, onun saxta erməni "sevgisinin" arxasında da bunlar durur. Təbii ki, Makron onun komandası vaxtlarını ermənilərə sərf etməkdənsə, öz ölkəsində baş verən çaxnaşma qarşıdurmaların həllinə yönəltsə daha yaxşı olar.

Əgər bir dövlətin başçısını ölkəsinin sadə vətəndaş şillələyib, öz etirazını bu yolla bildirirsə, demək ki, orada ciddiyyətdən ciddi rəhbərlikdən söhbət gedə bilməz. Məsələ ondadır ki, Fransa artıq beynəlxalq məkanda öz nüfuzunu çəkisini itirib. Makron qeyri-peşəkar imici ilə ciddi siyasətə qoşula, siyasətçi kimi sözünü deyə bildi. O, siyasət aləmində həmişə oyundankənar vəziyyətdə qalıb. Fransanın dövlət başçısı təkcə özünü deyil, dövlətini etibarsız tərəfdaş kimi tanıtdı. Makron artıq okeanda batmış gəmilərdə yelkən açmağa çalışan mənasız fiqurdur. Qəbullanmasa da, bu, belədir. Ona dünya yox, heç öz dövləti, vətəndaşı da etibar etmir.

Ramidə YAQUBQIZI,

"Respublika".