Fransa Azərbaycanlıları Koordinasiya Şurasının üzvlərindən
Məktublar

Fransa Azərbaycanlıları Koordinasiya Şurasının üzvlərindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yubileyiniz münasibətilə Fransa azərbaycanlılarının səmimi təbriklərini Sizə çatdırmaqdan qürur duyuruq. Sizə möhkəm cansağlığı, əzizlərinizin və doğmalarınızın əhatəsində uzun və xoşbəxt həyat arzulayırıq.

Həm geosiyasi mövqeyi, həm də zəngin milli tərkibi baxımından Azərbaycan kimi bir ölkənin lideri olmağın nə qədər çətin və şərəfli olduğunu yaxşı başa düşürük. Odur ki, Sizə doğma Vətənimiz naminə gördüyünüz işlərdə daha çox güc-qüvvət və yeni-yeni uğurlar arzulayırıq. Əminik ki, Sizin, Ali Baş Komandanı olduğunuz ordumuzun, bütövlükdə xalqımızın şah əsəri sayılan Zəfərimiz nəticəsində ərazi bütövlüyü bərpa edilmiş Azərbaycan üçün yaşayıb, qurub, yaradacaqsınız. Fransada yaşayan və qəlbi Azərbaycanla döyünən həmvətənləriniz hər zaman Sizin arxanızdadırlar.

Doğum gününüz mübarək, cənab Prezident!

Yaşasın Azərbaycan və onun böyük lideri!

Hörmətlə, 

Fransa Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri