Fövqəladə hallar naziri Gəncə şəhərində vətəndaşları qəbul edib
Digər xəbərlər

Fövqəladə hallar naziri Gəncə şəhərində vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 25-də Gəncə şəhərində, nazirliyin Gəncə Regional Mərkəzinin inzibati binasında Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarının sakinlərinin qəbulunu keçirib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə, nazir K.Heydərov xalqımızın ümummilli lideri Heydər Əliyevin Regional Mərkəzin həyətində ucaldılmış büstünü ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarının sakinlərinin müraciətlərinin əksəriyyəti yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavini, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri də vətəndaşları qəbul edib.

Ümumilikdə, müraciət etmiş 159 vətəndaş qəbul edilib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlıq ediblər.

AZƏRTAC