FHN: Xırdalanda hərbi sursat tapılıb
Digər xəbərlər

FHN: Xırdalanda hərbi sursat tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərindəki Quşçuluq massivində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu cəlb edilib.

Hərbi sursatın tapıldığı yerin yaxınlığındakı insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqdan sonra pirotexniklər hadisə yerinə baxış keçiriblər. Ərazidən aşkarlanmış hərbi sursatın döyüş tətbiqinə yararlı 122 millimetrlik OF-56 artilleriya mərmisi, 82 millimetrlik OF-832 minaatan minası və 122 millimetrlik BK-M mərmisi olduğu müəyyən olunub.

Mərmilər zərərsizləşdirilməsi üçün pirotexniklər tərəfindən götürülərək ərazidən kənarlaşdırılıb.

Hadisə yerində və ətraf ərazidə əlavə axtarış zamanı başqa təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.

AZƏRTAC