FHN-in xilasediciləri 128 saat dağıntılar altında qalmış 2 bacını xilas ediblər
Digər xəbərlər

FHN-in xilasediciləri 128 saat dağıntılar altında qalmış 2 bacını xilas ediblər

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 128 saat dağıntılar altında qalmış iki bacı - 8 yaşlı Tavilla və 13 yaşlı Xədicə FHN-in xilasedicilərinin fədakarlığı və peşəkarlığı sayəsində zəlzələdən ciddi zərər görmüş Kahramanmaraşda xüsusilə mürəkkəb və riskli xilasetmə əməliyyatı nəticəsində xilas olunub.