FHN-də silsilə maarifləndirmə tədbirləri
Digər xəbərlər

FHN-də silsilə maarifləndirmə tədbirləri

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

10 iyun FHN-nin mətbuat xidmətindən bildirilir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən 3 saylı Şəhər Poliklinikasında, Sumqayıt Regional Mərkəzi tərəfindən Xırdalan şəhər 11 illik musiqi məktəbində, Şimal Regional Mərkəzi tərəfindən 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində və digər qurumlarda maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

“Respublika”.