Fəxr və ehtiram
Region

Fəxr və ehtiram

Sabirabad rayonundan Vətən müharibəsi şəhidi Ramil Ağayevin doğum günü ilə əlaqədar anım mərasimi keçirildi.

Mərasimdə Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev Vətən müharibəsi şəhidləri haqqında ətraflı məlumat verdi. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Sabirabad Rayon İcra Hakimiyyətinin Şəhid Ailələri və Qazilərlə İşin Təşkili Şöbəsinin müdiri,  vətən müharibəsi iştirakçısı Müslüm Rzayev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad Rayon  Şöbəsinin sədri Faiq Hüseynov, Qafqaz Ruhanilər İdarəsinin Sabirabad rayonu üzrə nümayəndəsi Ağakərim Sadıqov, YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Həsənova və  başqaları  çıxış edərək şəhidimizin əziz xatirəsini böyük hörmətlə yad etdilər. Şəhidin ruhuna dualar oxundu.  Məktəblilərin ifasında doğma Qarabağa,Vətən uğrunda öz canını fəda etmiş şəhidlərə həsr olunan şeirlər səsləndi.

                                                                     Tofiq HÜSEYN,

                                                                    “Respublika”.