Festival iştirakçısı: Azərbaycan mətbəxinin çox gözəl nümunələri var
MÜSAHİBƏLƏR

Festival iştirakçısı: Azərbaycan mətbəxinin çox gözəl nümunələri var

Azərbaycanı çox sevirəm. Bu mənim ölkənizə ilk səfərimdir. Səfərimin Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalına təsadüf etməsi çox yaxşı haldır. Festival çox gözəl təşkil edilib. Burada ayrı-ayrı ölkələrin mətbəx nümunələri ilə yanaşı, Azərbaycanın ayrı-ayrı bölgələrinin də milli kulinariya ənənələri nümayiş olunur.

Bunu AZƏRTAC-a müsahibəsində israilli ekspert Şaul Levi deyib.

"Dünyada bir çox kulinariya festivallarında iştirak etmişəm. Şuşada keçirilən Birinci Beynəlxalq Kulinariya Festivalı həmin festivallar arasında xüsusilə fərqlənir. İlk növbədə, onu qeyd etmək istəyirəm ki, xalqınız çox qonaqpərvərdir. Milli mətbəxinizin təamları isə bir-birindən ləziz və dadlıdır. Ağzının dadını bilən hər kəs bu təamlardan doyunca ləzzət alar. Azərbaycan mətbəxinin çox gözəl nümunələri var. Belə bir festivalın iştirakçısı olduğum üçün çox şadam", - deyə israilli ekspert vurğulayıb.

AZƏRTAC