F.Ə.Adıgözəlovun Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sərəncam

F.Ə.Adıgözəlovun Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin sədri təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 7 dekabr 2021-ci il