Faiq İsmayılov: Ermənilər azərbaycanlı əsirlərin orqanlarını çıxarıb digər dövlətlərə satırdılar
MÜSAHİBƏLƏR

Faiq İsmayılov: Ermənilər azərbaycanlı əsirlərin orqanlarını çıxarıb digər dövlətlərə satırdılar

Azərbaycan ərazilərini işğal edərək vandalizm aktları törədən ermənilər xalqımıza qarşı qeyri-qanuni cinayətlərin sahibidirlər. Birinci Qarabağ müharibəsində ermənilər kənd və şəhərlərimizə hücumlar edir, mülki əhalini əsir götürüb, güllələyirdilər.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov Xocavənd rayonunun Edilli kəndində aşkarlanan məzarlığa baxış zamanı deyib.

"Ermənilər əsir götürdükləri azərbaycanlıların arasından ən cavanlarını seçib orqanlarını çıxarır, orta yaşlı əsirləri isə işlədirdilər. Həmçinin Laçın rayonunu işğal etdikdən sonra oradakı xəstəxanada insan orqanlarının transplantasiyasını həyata keçiriblər. Yəni, azərbaycanlı əsirlərin orqanlarını çıxarıb digər dövlətlərə satırdılar. Təkcə Xocavənd rayonunun Edilli kəndində deyil, həmçinin Qaradağlı kəndində də belə məzarlıq aşkar edilib. Burada 20-dən çox insanın öldürüldüyü məlumdur", - deyə o əlavə edib.

Qeyd edək ki, erməni hərbçilərinin Birinci Qarabağ müharibəsində Xocavəndin Edilli kəndində azərbaycanlıları kütləvi basdırdıqları daha bir məzarlıq tapılıb. Məzarlıqda 12 nəfərin qalıqları aşkarlanıb.

AZƏRTAC