Evlərimizin daim gözlənilən qonağı
MÜSAHİBƏLƏR

Evlərimizin daim gözlənilən qonağı

- Telli xanım, sizi daha yaxından tanımaq istəyən oxuculara sözünüz?

- Məni sevdiklərinə, unutmadıqlarına görə hər kəsə, həm oxucularıma, həm tamaşaçılarıma bu sədaqət üçün təşəkkür edirəm.

Qərbi Azərbaycandan olsam da, ömrümün böyük bir hissəsini Bakıda yaşayıram. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyandan mətbuatda çıxış eləmişəm, "Bakı", "Azərbaycan gəncləri" qəzetlərində, "Azərbaycan qadını" jurnalında mütəmadi yazılarım dərc olunub. Onda heç ağlıma da gəlməzdi ki, vaxtsa taleyimi bu sirli-sehrli möcüzə dolu yaradıcılıq sahəsi ilə bağlayacaq, məhz telejurnalist kimi tanınacaq, məşhurlaşacağam.

Bu gün fəxrlə açdığım qapılara uzanan yollarda o qədər maneələr, haqsızlıqlar görmüşəm ki... Şükür ki, Allah mənə dözüm səbir verdi ki, bu imtahanlardan şərəflə çıxa bildim. 1980-ci ildən adıma əmək kitabçası açılan ünvanı dəyişmək heç ağlımın ucundan da keçməyib.

- Ötən bu illərdə televiziya sizə, siz televiziyamıza verdiniz?

- Televiziya məni bütün Azərbaycana tanıtdı! Mən bütün Azərbaycan ailələrininçağırılmamış qonağıkimi evlərin yuxarı başında qoyulmuş TV ekranından boylansam da, onları necə sevdiyimi, dəyərləndirdiyimi, çətin anda, dar gündə yanlarında olduğumu işimlə, əməyimlə, səmimiyyətimlə, dürüstlüyümlə göstərməyə çalışdım ki, bu sevgiyə, ehtirama layiq olduğumu hiss etdirə bilim.

- Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra televiziya məkanında yeni, müstəqil telekanallar fəaliyyətə başladı. Peşəkar televiziya işçisi kimi teleməkanımızın hazırkı durumunu necə dəyərləndirərdiniz?

- Dünya dəyişir, inkişaf edir, sərhədlər yox olduqca, ölkələr arasında yeni əlaqələr yarandıqca biz özümüzü bu planetin bir parçası saymağa məcburuq bir vaxtlar ikrahla "kapitalist ölkələri" dedikləri yeni dünya ilə o vaxt tərkibində olduğumuz SSRİ adlanan ittifaqın "təbliğat" maşınının bizə "tanıtdığı" ölkələrin əslində böyük bir inkişaf yolu keçdiyini gördük, o ölkələrdən öyrənməyə çalışdıq. Yeni telekanalların yaranması da zamanın tələbi idi düşünürəm ki, bu da inkişafımız yolunda daha bir addım oldu. Təqdir edirəm, onların fəaliyyətini, ancaq həmkarlarımın daha çox peşəkar yetərincə savadlı olmasını arzulayıram.

- Telli Pənahqızı ötən bu illərdə öz tamaşaçılarına bütün istədiklərini deyə bilibmi, yoxsa hələ deyəcəkləri var?

- Ölkəmiz üçün ən çətin dönəmlərdə bir çoxlarının cəsarət edib deyə bilmədiklərini məncə, deyə bildim. Bəlkə insanların mənə olan sevgisinin əsasında da elə bu dayanır.

- Siz həm Teleradio Akademiyasının rektorusunuz. Bununla da bağlı fikirləriniz maraqlıdır.

 - Bu Akademiya teleradio məkanında işləmək həvəsi yaradıcılıq qabiliyyəti olan gənclər üçün təşkil olunmuşdur biz təkcə özümüz üçün deyil, həm bu gün ölkəmizdə fəaliyyət göstərən bütün televiziya radio kanalları üçün yüksəkixtisaslı mütəxəssislər hazırlayırıq. Bilirsiniz ki, televiziyada radioda çalışmaq üçün təkcə xarici görkəm ya yaxşı dil qabiliyyəti kifayət etmir. Həm televiziya, həm radio çoxprofilli, həm spesifik xüsusiyyətlərə malik mürəkkəb bir orqanizmdir. Dediyim kimi, təkcə yazı yazmaq ya radio mikrafonu qarşısında oturmaqla bitmir, bizim işimiz həm operatorun, rejissorun, montajçının, redaktorun, musiqi tərtibatçısının, işıqçının digər mütəxəssislərin işindən asılıdır. Sadaladığım bax bu sahələr üzrə yaxşı mütəxəssis hazırlamaq çox vacib olduğu üçün biz əlimizdən gələni əsirgəmirik. Həm ölkəmizdə, həm xaricdə fəaliyyət göstərən mütəxəssisləri dəvət edir, onların tövsiyələrini dinləyir, təcrübələrindən bəhrələnirik. Bu gün bizdə təhsil alan gənclər arasında maraqlı orijinal dəst-xətti olan gənclər var, onlar əminəm ki, sabah Azərbaycanımızın teleradio sənayesində əhəmiyyətli rol oynayacaqlar. Yetər ki, onlara inanaq qayğı göstərək.

- Qərbi Azərbaycan İcmasının üzvü kimi fəaliyyətinizlə bağlı deyə bilərsiniz? Bir gün Vediyə qayıdacağınıza inanırsınızmı?

- Bu gün Qərbi Azərbaycana, bizim əzəli əbədi torpaqlarımıza başlayan Böyük Qayıdışın gerçəkləşməsi üçün bizim icmanın Qadınlar Şurası sədrinin müavini kimi zərrəcə rolum olacaqsa, mən özümü bəxtəvər sayacam.

- Həmkarlarınıza arzularınız...

- Səadət, xoşbəxtlik, cansağlığı, dürüstlük peşəkarlıq arzulayıram.

Bu dünyada mənim üçün sözdən uca müqəddəs heç yoxdur! bir : insanlar səni ilk əvvəl geyiminə, bər-bəzəyinə, saç düzümünə (mən xanımları nəzərdə tuturam) görə qarşılayır, kimlərsə bir-iki xoş söz deyir. Amma zaman keçdikcə sənin söylədiklərinə, ağlına, məntiqinə daha çox fikir verirlər. Bu, artıq tamaşaçı, oxucu, dinləyici ilə aradakı gözəgörünməz körpünün gələcək dayaqlarının sağlamlığından, möhkəmliyindən güvənli olmağından asılıdır. Çalışmaq lazımdır ki, bu körpü laxlamasın, titrəməsin, o, uçub tökülməsin siz hər zaman o "qızıl orta" qoruyub saxlamağı bacarasınız!

- Telli xanım, müsahibəyə görə təşəkkür edirik.

Musa BAĞIRLI,

"Respublika".