Etimadın və tərəfdaşlığın yeni hədəfləri
İQTİSADİYYAT

Etimadın və tərəfdaşlığın yeni hədəfləri

Azərbaycan-Çin münasibətlərinin tarixi uğurlarına yaşıl enerji sahəsində əməkdaşlıq da əlavə olunur

Azərbaycan-Çin münasibətlərinin tarixi uğurlarına, Prezident İlham Əliyevin müsahibələrində qeyd etdiyi kimi, yaşıl enerji əlavə edilir. Azərbaycanın yaşıl enerji ilə bağlı böyük potensialı mövcuddur. Eyni zamanda, ölkəmizin enerji siyasətində yaxın onilliklər üçün müəyyən etdiyi yeni istiqamət yaşıl enerji hədəfləridir. Çin ilə bu sahədə əməkdaşlığın qurulması həmin ölkənin texnoloji nailiyyətləri ilə bağlıdır. İki ölkənin yaşıl enerjinin istehsal edilməsi istiqamətində səyləri birləşdirməsi qarşılıqlı maraqlara əsaslanır, yeni inkişaf perspektivləri vəd edir. Sahə mütəxəssisləri bərpaolunan enerjinin həm region üçün faydalı olacağını xüsusi qeyd edirlər.

Dünyada iqtisadiyyatın həcminə görə ikinci dövlət olan Çin Xalq Respublikası bərpaolunan enerji sahəsində qısa müddətdə ciddi nailiyyətlər əldə edib. Hazırda Çin bərpaolunan mənbələrdən əldə edilən elektrik enerjisinin istehsalı baxımından dünyanın lider ölkəsidir bu göstəriciyə görə ən yaxın rəqibi ABŞ-ı da qabaqlayır. Ekspertlərin qənaətinə əsasən, bərpaolunan enerji sektoru qazıntı nüvə enerjisi potensialına nisbətən daha sürətlə inkişaf edir yaxın vaxtlarda dünya üzrə bərpaolunan enerji potensialının təxminən 43 faizini məhz Çin təmin edəcək. Ənənəvi enerji mənbələrindən "yaşıl enerji" keçid müasir dövrün əsas hədəflərindən biridir.

Ölkəmizdə bu sahəyə xüsusi diqqət göstərilir. Azərbaycan alternativ bərpaolunan enerji mənbələrinin inkişafı üçün böyük potensiala malikdir. Alternativ enerji üçün əlverişli iqlimə sahib olan ölkəmizdə günəşli günlərin bolluğu sabit, kifayət qədər güclü külək bərpaolunan enerji mənbələrini iqtisadi cəhətdən səmərəli etibarlı edir. 2030-cu ilədək elektrik enerjisi qoyuluşu gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, işğaldan azad olunmuş ərazilərin "Yaşıl Enerji Zonası"na çevrilməsi ölkəmizin enerji siyasətində əsas prioritetlərdəndir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.

Azərbaycan-Çin dövlətlərarası münasibətlərində ötən dövr ərzində mövcud əməkdaşlıq üçün möhkəm siyasi platforma qurulub: "30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü suverenliyini dəstəkləyirik", -deyən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, indi bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq. Bugünkü vəziyyətdə bu, çox mühümdür, çünki yeni çağırışlar, yeni problemlər yeni imkanlar var. Biz daha çox Çin şirkətini Azərbaycanda görməyə ümid edirik.

Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanınması, ölkəmizdəki siyasi sabitlik, iqtisadi potensial, investisiya imkanları, əlverişli coğrafi mövqe, nəqliyyat-logistika imkanları Azərbaycanı Çin üçün cəlbedici ölkə edir. Prezident İlham Əliyev Davosa səfərində Çinin CGTN televiziya kanalına müsahibəsində qlobal arenada Çinin gördüyü işlərin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini, Azərbaycanın da regional miqyasda əməkdaşlıq imkanlarının artırılması üçün səylər göstərdiyini vurğulamışdı. Dövlət başçısı qeyd etmişdi ki, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici yerli investisiyalar lazımınca qorunur. Ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft qaz sektoruna yönəlmişdir. Lakin indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Buna görə qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir. Azərbaycan-Çin ikitərəfli əlaqələrinin yüksəlməsində dövlət başçıları İlham Əliyev Si Cinpin arasındakı səmimi dostluq münasibətləri əhəmiyyətli rol oynayır. Belə ki, Çin Xalq Respublikasının sədri Si Cinpin Prezident İlham Əliyevi Çinin böyük dostu adlandırır.

Azərbaycan-Çin münasibətlərində vacib prioritetlərdən biri "Orta Dəhliz" layihəsidir. Şərqlə-Qərbi birləşdirən bu layihənin müharibə şəraitində, Qərbin Rusiya ilə vəziyyətinin kritik olduğu bir dönəmdə önəmi artıb. Perspektivdə Zəngəzur dəhlizinin layihədə yer alması "Orta Dəhliz"in iqtisadi səmərəliliyini daha da artıracaq. Bu baxımdan, "Orta Dəhliz" layihəsi Azərbaycan üçün siyasi iqtisadi maraq kəsb edir.

2013- ildə Çin tərəfindən "Bir kəmər, bir yol" layihəsi irəli sürüldü ki, bu da tarixi İpək yolunu yenidən canlandırmağa, həmçinin bu yolun keçdiyi ölkələrlə əməkdaşlığı artırmağa xidmət edirdi. Layihənin həyata keçirilməsi üçün Pekin şəhərində "Bir kəmər, bir yol" beynəlxalq elmi-tədqiqat mərkəzi yaradıldı. Çin iqtisadiyyatının əsasını təşkil edən bu layihəyə altı istiqamət daxildir: Birinci istiqamət Çin, Monqolustan, Rusiya Skandinaviya ölkələri, ikinci istiqamət Çin, Qazaxıstan, Rusiya, Belarus Mərkəzi Avropa ölkələri, üçüncü istiqamət Çin, Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan, Türkiyə Cənubi Avropa ölkələri, dördüncü istiqamət isə Çin, Pakistanın Karaçidəniz limanı, beşinci istiqamət Çin, Myanma Hindistan, altıncı istiqamət isə Çin, Tailand, Malayziya, Sinqapur dəniz yolu ilə Afrika Latın Amerikası ölkələri.

Azərbaycanın "Bir kəmər, bir yol" layihəsinə verdiyi önəm 2017-ci ilin oktyabrında "Bakı-Tbilisi-Qars" dəmir yolunun açılışı ilə öz təsdiqini tapdı. Çin hökuməti "Bakı-Tbilisi-Qars" dəmir yolunun istifadəyə verilməsini, bu yolun tikintisində Azərbaycanın rolunu, eləcə "Bir kəmər, bir yol" layihəsinə verdiyi dəstəyi yüksək qiymətləndirir.

Beləliklə, iki ölkənin potensialı onu deməyə əsas verir ki, Azərbaycan-Çin münasibətləri inkişaf dinamikasını qarşıdakı illərdə qoruyub saxlayacaq. Bu davamlı inkişafı təmin edəcək amillər isə həm tarixi dostluq ənənələri, həm dövlət başçılarının ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı yürütdüyü siyasətdir.

Mustafa KAMAL,

"Respublika".