Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
SİYASƏT

Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Estoniya parlamentinin rəsmi saytı məlumat yayıb.

"Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir. Biz 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının işğalını qınayırıq. Bu işğal zamanı 600-dən çox günahsız dinc sakin, o cümlədən çox sayda uşaq, qadın və qoca qətlə yetirilib. Bu kütləvi qətliamın səbəbkarları ədalət qarşısında cavab verməlidirlər.

Biz inanırıq ki, regionun bütün ölkələrinin suverenlik, ərazi bütövlüyü, eləcə də beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı hüququ var.

Biz bütün tərəflərə regionun inkişafında uğurlar arzulayırıq və müxtəlif icmalar arasında sıx əməkdaşlığa çağırırıq. Biz Azərbaycan Respublikasının azad edilmiş ərazilərdə davamlı sülh, inteqrasiya və inkişaf istiqamətində səylərini dəstəklədiyimizi bildiririk", - deyə bəyanatda qeyd olunub.

AZƏRTAC