Digər xəbərlər

"Əsgər verib, sümük ala bilməyən" erməni ailəsi

Yaxşı bir məsəl var: özünə umac ova bilməyən, başqasına əriştə kəsmək istəyir. Bu Azərbaycan məsəli Ermənistana daha çox yaraşır, çünki öz problemlərini həll edə bilməyən, müharibədə övladlarını itirmiş sadə erməni ailələrinin müraciətlərinə göz yuman, itkin övladlarından xəbər tutmaq üçün parlament, müdafiə nazirliyinin binaları qarşısında gecələyən əsgər valideynlərinin faciəsinə biganə yanaşan, demokratiyanı insan haqlarını ayaqlar altına salaraq sürükləyən Ermənistan iqtidarı başqalarının işinə qarışmağa cəhd edir, yalan əsası olmayan bəyanatlar səsləndirir.

Ermənistan hər vasitə ilə Xankəndidə ətraf ərazilərdə yaşayan Azərbaycan vətəndaşları olan ermənilərin düz yola çıxmasına mane olur, onların arasına ixtilaf salır, bir sözlə, müharibə ağrıları yaşamış hayların asudə həyata qayıtmalarına imkan vermir. Vətən müharibəsində qazanılan tarixi qələbə həm Ermənistanın işğalçılıq siyasətini ifşa etdi. Görünən odur ki, ağır məğlubiyyətə uğrayan ordusu tar-mar edilən Ermənistanda sağlam düşüncə, sülh, qonşuluq krizisi yaranıb. Erməni cəmiyyətini Azərbaycana qarşı böhtan şayiələr yaymağa məcbur edən hazırkı iqtidarın qaranlıq təhlükəli addımları dəryada batan adamın saman çöpündən yapışmasına daha çox bənzəyir. Bu da bir daha onu göstərir ki, erməni həyasızlığının, erməni yalanlarının həddi-hüdudu yoxdur. Yalan puç xəyallar erməniliyin əsas qayəsini təşkil edir iki il yarımdır ki, onlar ağır məğlubiyyəti sınıra bilmirlər.

Bəzi erməni analitiklər hesab edir ki, Ermənistanın daxilində xalq etirazları gözlənilir, səriştəsiz erməni hökuməti öz xalqına vəd etdikləri süddən çıxmış qaşığa heç bənzəmir, ermənilərin gözlədikləri ümidlər get-gedə öləziyib sıradan çıxır. Bu dediklərimizə ən yaxşı misal, erməni nəşrlərində bir erməni ailəsinin faciəsi haqqında dərc edilmiş yazıdır. Qeyd olunur ki, Göyçə vilayətinin Kiçik Məzrə kəndində yaşayan Xaçatryanlar ailəsi 6 aydan çoxdur ki, oğulları 33 yaşlı Şiraz Xaçatryanın nəşinin Canəhməd kəndi yaxınlığından çıxarılmasını gözləyir. Bildirilir ki, Şiraz Xaçatryan 2022-ci ilin sentyabr döyüşləri zamanı məhv edilib, cəsədi mövqelərarası zonada qalıb. Valideynləri qohumları Şirazın meyitini videoregistratorla tapıblar, mütəmadi olaraq oğullarının cəsədinin necə sümüyə çevrildiyini dəhşətlə göz yaşları içərisində izləyirlər. Şirazın atası Hovik Xaçatryan yerli müxbirlərə bildirib ki, indiyədək heç bir dövlət qurumu onlarla əlaqə saxlamayıb, ailə öz faciəsi ilə təkbətək qalıb. Buna baxmayaraq, mütəmadi olaraq müxtəlif əlaqədar qurumlara zəng vursalar da, heç bir nəticəsi yoxdur. Oğlunun meyitini ala bilməyən dərdli ata deyir ki, müraciətimizi bir-birlərinin üstünə atırlar, Qırmızı Xaça zəng edirəm, deyirlər Müdafiə Nazirliyi ilə əlaqə saxla, ora zəng edirəm, cavab vermirlər. Qaynar xəttə zəng edirəm, çox kobuddurlar, adamla heç danışmaq istəmirlər. Əsgər verdim, indi sümüyünü ala bilmirəm. Bizə belə işgəncə verirlər? Biz yoxsulluq içində yaşayırıq, yaşayıb-yaşamadığımız belə bilinmir, sadəcə quru müqəvvaya bənzəyirik. Neçə vaxtdır ki, nəvələrimin gözünə baxa bilmirəm.

İnsan faciəsidir, görünən odur ki, "dənizdən-dənizə böyük Ermənistan" qurmaq xəyalları ilə erməniləri bəlalara faciələrə qərq edən "lider"lər, ermənipərəst bəzi dövlətlər, erməni lobbisi, sülh yerinə xalqını qana səsləyən erməni kilsəsi bu sadə erməni ailələrinin kədəri dərdləri üzərində öz mənafelərini güdürlər. Neyləmək olar, biz belə xəstə şovinist qonşu ilə yaşamağa məcburuq, çox güman ki, ermənilər öz taleləri ilə barışmayacaqlar, haqq yoluna, sakit qonşuluğa, sülhə, əmin-amanlıq yoluna qayıdacaqlar.

Salman ALIOĞLU,

"Respublika".