Ermənistanın məkr və yalanları onları məhvə aparır
Digər xəbərlər

Ermənistanın məkr və yalanları onları məhvə aparır

“Ermənilik xəstəliyi”, yaxud da erməni məkri! Bu sözlər özündə nəyi ehtiva edir? Dünyanın bir çox siyasətçiləri, tarixçiləri, politoloqları erməni məkrinin mayasında dayanan vandalizmi, faşizmi, vəhşiliyi, yalanı, hiyləni, “erməni xəstəliyini” öz əsərlərində zaman-zaman açıb göstəriblər. Əsrləri adlayıb XXI yüzilliyə gəlib çıxmışıq, erməni məkri, erməni barbarlığı hələ də yaşayır, yaşadıqca da təkcə türk dünyasına yox, bütün bəşəriyyətə, insanlığa ciddi təhlükə törədir.

“Böyük Ermənistan uğrunda” şüarı ilə pərdələnərək qan tökən ermənilər bu şüardan heç zaman imtina etmədilər, əksinə terror hərəkətlərini daha da genişləndirib Yer kürəsinin xalqlarına meydan oxumağa cəhd göstərirlər. Və bu, hələ də davam edir.

1886-cı ildə yaradılan “Qnçak” erməni təşkilatının proqramında göstərilirdi: “Hər hansı bir şəraitdə türkləri və kürdləri öldürməli, erməni satqınlarına da aman verməməli”. Beləliklə, “Qnçak” erməni terror təşkilatı üç il ərzində 65 min türk və kürdün qətlinə nail oldu. Artıq 1890-cı illərdən Gürcüstan və Türkiyə ərazisində kütləvi qırğınlar törətməyə başlayan ermənilər Türkiyənin Diyarbəkir, Adana, Maraş, Kayseri şəhərlərindəki qanlı faciələrdən sonra “Daşnaksütyun” terror təşkilatının əsas ideoloqlarından biri O.Kaçaznuni bildirirdi: “Dənizdən-dənizə “böyük Ermənistan” yaratmaq ideyası erməni xalqının arzusu yox, tələbidir. Bunu erməni xalqı özünün və bütün bəşəriyyətin qarşısına çox ciddi tələb kimi irəli sürüb...”.

1903-cü ildən artıq Azərbaycanda da ermənilər bu istiqamətdə fəaliyyətə başladılar. Hadisələrə erməni kilsəsinin nümayəndələri nəzarət edirdilər. 1905-ci ildə Bakıda, Şuşada, Qazaxda, Sırxavənddə, Gəncədə qırğın törədildi, yüzlərlə insan öldürüldü. 1906-cı ildə tayqulaq Andranikin Azərbaycan torpaqlarında, xüsusən Şuşada törətdiyi qanlı qırğınlarda yüzlərlə günahsız insanın həyatına son qoyuldu. 1915-ci ildə Türkiyənin Van şəhərində qırğın törədildi, şəhər tamamilə yandırıldı. Amerikalı tədqiqatçılar C. və K.Makkartilərin yazdığına görə, XX əsrin əvvəllərindən başlanan qanlı toqquşmalarda 2,5 milyon türk məhv edilmişdi. 2,5 milyon!!.

Türk soyqırımının həddi-hüdudu yox idi... Bu qırğınlar paralel şəkildə Azərbaycanda da davam etdirilirdi. 1918-ci ilin mart qırğınında təkcə Bakıda 30 mindən çox dinc sakin qətlə yetirilmişdi... Beləliklə də 1918-ci il mayın 28-də Azərbaycan şəhəri İrəvan torpaqlarımızdan qoparılaraq ermənilərə verildi. Ermənistan respublikası belə yaradıldı.

Amerikalı alim, professor C.Makkarti yazırdı: “XIX əsrin xəritələrində “Ermənistan” sözünə rast gəlinsə də, Osmanlı imperiyasında heç zaman “Ermənistan” olmamışdır...” Buradan belə bir nəticə çıxır ki, uzun illər boyu xələflərimizin - qədim Qafqaz albanlarının dövlətçiliyini, coğrafi mövqeyini, tarixini, memarlıq abidələrini mənimsəyib özününküləşdirsələr də, bunların erməni hayklarına heç bir dəxli yoxdur.

Yalnız ermənilər bir tərəfdən özlərini yazıq, zavallı, əzabkeş kimi qələmə verir, digər tərəfdən “böyük Ermənistan” ideyasının gerçəkləşdirilməsi naminə ən iyrənc hiylələrlə dəhşətli faciələrin, terror hadisələrinin ssenarisini “yazıb-yaradırlar”.

Daha bir maraqlı fakt: “Daşnaksütyun” terror təşkilatının əsas liderlərindən biri, eyni zamanda üç il Ermənistan Nazirlər Sovetinin sədri vəzifəsində çalışan O.Kaçaznuninin yaddan çıxmayacaq bir çıxışından hissələrə nəzər yetirək: “1919-cu ilin yazında Parisdə olan respublika nümayəndə heyəti böyük dövlətlərə memorandumla müraciət etdi. Bu memoranduma əsasən Zaqafqaziya Respublikası genişləndirilmiş sərhədləri ilə; bütünlüklə İrəvan quberniyası, Ərdahanın şimal hissəsi olmadan Qars vilayəti (Türkiyə), Tiflis quberniyasının (Gürcüstan) cənub yarısı, Yelizavetpol quberniyasının (Gəncə, Azərbaycan) cənub-qərb hissəsi; Türkiyənin yeddi vilayəti: Van, Baqeş, Diyarbəkir, Xarberd, Sebastia, Karın, Trapezünd, həmçinin Türkiyənin cənubundakı dörd vilayəti: Maraş, Sle, Cəlal, Bərəkət, Aleksandretta ilə birlikdə Adana erməni dövlətinə daxil olmalıdır.

Qara dənizdən Aralıq dənizinə, Qarabağ dağlarından Ərəbistan səhralarınadək “böyük Ermənistan” dövlətinin geniş sahəsi layihələşdirilərək tələb olunur...”

Dünya müharibəsi dövründə Antantanın yüksək vəzifəli nümayəndələri tərəfindən erməni xalqına xüsusi vədlər verilməsi səbəbindən ingilislərin Qafqaza gəlişi də Ermənistanda xüsusi nikbinlik və “parlaq gələcəyə” yeni ümidlər yaratdı.

1918-ci ilin noyabr ayında Osmanlı İmperiyasının təslim olması erməni tarixində yeni bir dövrün yaradılması kimi görünür və Ermənistan liderlərinin başını döndərirdi. Onlar artıq Aralıq dənizindən Qara dənizə və Qara dənizdən Xəzərə qədər uzanan “böyük Ermənistan”ı görürdülər... Onların fantaziyaları Parisdə, Londonda və xüsusən də Vaşinqtonda təşviq edilirdi. Lakin erməniləri gerçək olmayan ümidlər və vədlərlə təlaşlandırırdılar.

Ermənistan rəhbərliyi ümid edirdi ki, qalib gələn müttəfiqlər onlara qonşu ölkələrin hər biri ilə ikitərəfli danışıqlar yolu ilə əldə etmək mümkün olduğundan daha çox ərazi təklif edəcəklər. Rusiya, İngiltərə, Fransa kimi dövlətlər tərəfindən dəstəklənən və “böyük Ermənistan” xülyasına tutulmuş ermənilər Türkiyədən əlləri çıxandan sonra aranı qarışdırmaq üçün başlarını hara gəldi soxurdular.

Ermənistanın Gürcüstana qarşı ərazi iddiaları da silahlı münaqışəyə yol açmışdı. Onlar burada da işğalçılıq əməliyyatlarını genişləndirir, bunun hesabına istəklərinə nail olmaq istəyirdilər.

1918-ci ilin noyabrında gürcü və erməni tərəfləri arasında danışıqlar başladı. Gürcüstan parlamentinin üzvü Semyon Mdivani “Ermənistan hökuməti ilə dostluq əlaqələri yaratmaq üçün” xüsusi səlahiyyətli nümayəndə kimi Tiflisdən İrəvana göndərildi. Eyni zamanda, Gürcüstan rəhbərliyi müstəqillik elan edən Cənubi və Şimali Qafqazın digər ölkələrinin hökumətlərini Tiflisdə “ortaq həyati vacib məsələlərin, o cümlədən sərhəd məsələsinin həlli” mövzusunda konfrans təşkil etməyə dəvət etdi.

Mdivani ilə danışıqlar zamanı erməni liderlər, Gürcüstan tərəfinin Azərbaycanın Dağlıq Qarabağ və Türkiyənin Şərq ərazilərinin bir hissəsinin (ermənilər bu əraziləri “Türkiyə Ermənistanı” adlandırırdı) Ermənistan Respublikasının ərazisinə qatılmasına verəcəkləri dəstək qarşılığında Borçalı və Axalkalaki uyezdləri məsələsində bir sıra güzəştlər etməyə hazır olduqlarını bildirdilər. Lakin Gürcüstan hökumətinin qonşuları ilə yeni münaqişə ocaqlarını nə yaratmağa gücü, nə də istəyi var idi, bu isə erməni və gürcü hökuməti arasında konsensus əldə etməyi çətinləşdirirdi. Praktiki olaraq uğursuz danışıqlar və uğursuz diplomatik səylər fonunda mübahisəli uezdlərdə vəziyyət narahat idi...

“Qoy erməni “vətənpərvərləri” törətdikləri əməllərə yalançı “milli mənlik” pərdəsi arxasında gizlənərək yox, sözün həqiqi mənasında qiymət versinlər. Qiymət versinlər və görsünlər ki, həmin əməllər nə qədər insana fəlakət gətirib...” Hələ 120 il əvvəl V.Veliçkonun “Qafqaz” kitabında yazdığı bu fikirlər erməni “əməlləri”nin əsasında məhz “erməni xəstəliyi”nin, “erməni məkri”nin əsas qolu olan “erməni faşizmi”nin dayandığını göstərirdi.

Son 100 ildə Azərbaycan türklərinin doğma ata-baba yurdlarından mərhələ-mərhələ çıxarılması, zorla qovulması erməni xislətinin əsas ideya məramını səciyyələndirir. Ermənilər heç zaman başlarına gələnlərdən dərs çıxara bilmədilər. Havadarlarına arxalanıb 30 ilə yaxın müddətdə işğalda saxladıqları Azərbaycan torpaqlarını məğlub vəziyyətdə tərk etmələri onlara dərsdir. “Biz onların dərsini verdik” deyən, qalib Azərbaycan ordusunun müzəffər Ali Baş Komandanın “dəmir yumruğ”u hələ aşağı düşməyib.

Zümrüd QURBANQIZI,

“Respublika”.