Ermənistanda xaos dərinləşir
Digər xəbərlər

Ermənistanda xaos dərinləşir

Artıq Ermənistanda vəziyyətin kritik həddə çatması ermənilərin güzəranının getdikcə daha da pisləşməsi hər kəsə yaxşı məlumdur. Ölkədə baş verən iqtisadi tənəzzül xaos insanların həyat şəraitini olduqca çətinləşdirib, sosial gərginlik daha da artıb. 44 günlük İkinci Qarabağ müharibəsi isə ölkənin bərbad vəziyyətdə olduğunu bir daha göstərdi. Ermənistanın Vətən müharibəsindəki biabırçı məğlubiyyətindən sonra ölkə hələ öz işğalçılıq siyasətinin fəsadlarından əziyyət çəkir.

Müharibə dövründə dəfələrlə erməni rəzilliklərinin şahidi olduq. Belə ki, yayılan görüntülərdə Ermənistan ordusunda qocaların qadınların vuruşduğu görünürdü. Bu, erməni əsgərlərinin vuruşmaq istəməməsindən, ordudan qaçmasından qaynaqlanırdı. Çünki onlar yaxşı bilirdilər ki, başqa ölkənin torpaqlarında vuruşurlar, mübarizə aparmaq mənasızdır. Bundan əlavə, müharibə dövründə erməni hökuməti döyüşçülərini ərzaqla təmin etmir, yaralananlara isə lazımi tibbi yardım göstərilmirdi. Yaxın günlərdə Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan da bunu etiraf etdi. Hətta o da məlum oldu ki, sən demə, Ermənistan ordusunda olan fərarilərin sayı bu vaxta kimi açıqlanandan daha çox imiş. Annanın verdiyi məlumata görə, İkinci Qarabağ müharibəsində Ermənistan ordusunda 11 min nəfərdən çox fərari olmuşdur. Demək ki, fərarilik edən minlərlə erməni döyüşçüsü reallığın nədən ibarət olduğunu Ermənistan rəhbərliyindən daha yaxşı anlayıb. Azərbaycan əsgəri isə düşməndən fərqli olaraq bir an belə döyüşdən yayınmadı. Ordumuzda bir nəfər belə fərari olmadı. Son qanına kimi döyüşən Azərbaycan əsgəri yaralı halda belə xəstəxanadan döyüşə yollanırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarının birində bu barədə demişdir: "Azərbaycan Ordusunda bir nəfər fərari olmayıb. Yaralı əsgər zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz döyüş meydanına qayıdaq, öz missiyamızı başa vurmalıyıq. Azərbaycan xalqı öz böyüklüyünü, yüksək mənəvi ruhunu göstərdi. Bu qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz bilirik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik".

Hazırda Ermənistan ordusunda baş verənlər ətrafında cəmiyyətdə artan narazılıq hakimiyyət üçün daha ciddi problemə çevrilib. Orduda geniş vüsət alan qanunsuzluq, korrupsiya digər cinayət halları daha çox insanın hakimiyyətə qarşı aktiv etiraz aksiyasına qoşulmasına səbəb olub. 44 günlük müharibədə həlak olan erməni hərbçilərin valideynləri hazırda Ermənistan İstintaq Komitəsinin binası qarşısında etiraz aksiyası keçirirlər. Yaxın günlərdə "Sputnik Armenia"nın yaydığı məlumata görə, müharibədə həlak olan Akop Rostomyanın atası Ara Rostomyan jurnalistlərə bildirib ki, həlak olanların yaxınlarına qarşı erməni polisi tərəfindən həyata keçirilən zorakılıqla bağlı heç bir istintaq işi aparılmayıb. Aksiya iştirakçıları istintaq qrupunun rəhbəri Yura İvanyanla görüş tələb edirlər.

Bütün bunlar artıq Ermənistanın sonunun yaxınlaşdığının göstəriciləridir. Lakin düşmən ölkə yenə mənfur əməllərindən əl çəkmir. Yaxın günlərdə Ermənistanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması Ermənistanın hələ dövlət səviyyəsində ölkəmizə qarşı yürütdüyü düşmənçilik siyasətinin nəticəsidir. Baş vermiş bu hadisə bir daha onu göstərir ki, Ermənistanda bu gün milli, dini ayrı-seçkilik, rasizm türk düşmənçiliyi hökm sürür. Avropa bir çox dünya idman təşkilatları Ermənistanı dövlət səviyyəsində belə tədbirlərin keçirilməsini etibar etməli deyil, ermənilərin mənəvi-psixoloji vəziyyəti beynəlxalq yarışları turnirləri təşkil etməyə imkan vermir. Çökməkdə olan Ermənistan artıq əməllərindən əl çəkməli, məğlubiyyəti qəbullanaraq bölgədə sülh üçün çalışmağa fokuslanmalıdır.

Nəzrin CAVADZADƏ,

"Respublika".