Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir
Siyasət

Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir

44 günlük müharibədə ağır məğlubiyyətdən ibrət dərsi çıxarmayan Ermənistan iqtidarı üçtərəfli Bəyanatın şərtlərini üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmək üçün bölgədə gərginliyin artmasına, atəşkəsin pozulmasına uğursuz cəhdlər edir, yalan böhtan dolu, həmçinin əsassız iddialarla bəyanat verir. Əslində, bu bəyanat hazırkı Ermənistan iqtidarının fəaliyyət tərzinə mahiyyətinə xas olan açıq-aşkar yalandır.

Bir çox əcnəbi analitiklərin qənaətinə görə, Ermənistanın indiki rəhbərlərinin dəyişməyən tərəfi onların utanmamasıdır. Əlbəttə, utanc hissi olmadan başqasının gözünün içinə baxıb yalan danışan Ermənistan rəhbərlərinin məkrli niyyətləri heç yaxşı sonluq vəd etmir. Belə ki, martın 23- Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclası zamanı Azərbaycana qarşı növbəti əsassız iddialar səsləndirib. Azərbaycanın ərazi bütövlüyü suverenliyinə hədə olan Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri heçə sayan erməni rəhbərliyinin təcavüzkar ritorikası Ermənistanın bölgədə sülhdə maraqlı olmadığını bir daha aydın şəkildə göstərir.

Dərhal Azərbaycan Xarici İşlər Nazirliyi həmin əsassız iddiaları pisləyərək bildirdi ki, tərəfimizdən müfəssəl şəkildə cavablandırılmasına baxmayaraq, Ermənistan Xarici İşlər Nazirliyinin 18 mart tarixində verilmiş bəyanatını inadkarcasına təkrarlayan Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycana qarşı səsləndirdiyi tamamilə əsassız iddialarını pisləyir rədd edirik. Baş nazir Nikol Paşinyana tövsiyə edirik ki, tarixdən dərs çıxararaq, 30 il ərzində Azərbaycan ərazilərini işğal edən, yüz minlərlə azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirən Ermənistanı doğru istiqamətə yönəltsin, Azərbaycanın 2020-ci ildən bəri irəlilətdiyi sülh gündəliyinə mane olmasın, habelə Azərbaycanın ərazi bütövlüyünə qəsd daxili işlərinə qarışmaq kimi təcavüzkar fəaliyyətlərdən əl çəksin.

Yalanı iftiranı dövlət siyasətində başa keçirən Ermənistan acı məğlubiyyətdən nəticə çıxarmaq əvəzinə, öz xalqını yenidən fəlakətə sürükləyir, revanşist qüvvələrə meydan verir, gizli şəkildə hiyləgərliklə, həm himayədarlarının təhriki ilə yeni müharibəyə hazırlaşır. Özünü dünyaya məzlum xalq kimi təqdim etməyə vərdiş edən ermənilər əslində yırtıcı vəhşi bir toplumdur. Unutmaq lazım deyil ki, qarşımızdakı düşmən çox məkrli, bic, yaltaq, ikiüzlü həm çox hiyləgərdir. İki yüz ildən çoxdur ki, ermənilərin bu xain kirli mahiyyəti dəyişmir. Ermənistan rəhbərləri sağlam obyektiv mövqedən çox uzaqdır, məhz buna görə Qarabağda rus-erməni kirli işbirliyinə, bölgədə qalmış qanunsuz fəaliyyət göstərən erməni silahlı dəstələrini silahlandırmaqda davam edir. Bunun üçün bölgədəki torpaq yollardan istifadə edilir silah daşıyan həmin maşınları isə rus sülhməramlıları müşayiət edir. Ruslarla ermənilər bu torpaq yolu artıq terror koridoruna çeviriblər. Son günlər Xankəndi- Xəlfəli- Turşsu torpaq yolu ilə silah-sursat daşınması daha da intensivləşib. Rus sülhməramlılarının açıq-aşkar tərəfkeşlik təmənnalı münasibəti nəticəsində silahlanan qeyri-qanuni erməni dəstələri tez-tez mövqelərimizi atəşə tutur. Martın 20- Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutaraq təxribat törədib. Atəş nəticəsində bir hərbi qulluqçu - kiçik çavuş Manafov Ramin Sübhi oğlu yaralanıb. Martın 24-ü axşam saatlarında Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri bir neçə dəfə atəşə tutulub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə Azərbaycan-Ermənistan şərti sərhədinin müxtəlif istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutub. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə məruz qalıb.

Ermənistan 2020-ci il 10 noyabr Bəyanatına da doğru-dürüst əməl etməkdən yayınır. Həmin vaxt əldə edilən razılığa əsasən, qarşı tərəf minalanmış ərazilərin xəritəsini Azərbaycana verəcəyi öhdəliyini üzərinə götürmüşdü. Lakin ermənilər tərəfindən minalanmış ərazilərin xəritələrinin böyük əksəriyyəti Azərbaycana verilmədi. Bunun nəticəsində martın 16-da Ağdam rayonunun Yusifcanlı kəndində iki yerli sakin minaya düşərək həlak olub. Yeri gəlmişkən qeyd edək ki, döyüş əməliyyatları dayandırılandan indiyədək Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu mülki şəxs olmaqla ümumilikdə 49 nəfər həlak olub, 234 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Şərti sərhəddə Qarabağ iqtisadi rayonunda mövqelərimizi atəşə tutan, təxribatlar törədən düşmənin silahlı qüvvələri xeyli fəallaşmasının məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür. Təsadüfi deyil ki, təxribatlar -nin müşahidə missiyasının bölgədə olduğu zaman baş verir. Heç şübhəsiz, düşmənin bu pozuculuq əməlinə Avropa İttifaqının müşahidə missiyasının da şərik olduğu ortalıqdadır. Xatırladaq ki, rəsmi Bakı bu missiyanın İrəvanın pozuculuq təxribatçı əməllərinə sponsorluq edəcəyini əvvəlcədən açıqlayıb. Əslində, ermənilər bu metoddan Birinci Qarabağ müharibəsi dövründə geniş istifadə ediblər. ATƏT-in, digər beynəlxalq müşahidəçilərin gözləri qarşısında Azərbaycan torpaqlarını işğal edərək dinc sakinləri öz dədə-baba yurdlarından qovublar. Necə deyərlər, Ermənistanda faşizmi dirçəldənlərin dişlərində şirə qalıb, köhnə əyyamların havası ilə müharibə ocağını alovlandırmağa cəhd edən ermənilər çox güman ki, qoltuğuna sığındıqları dövlətlərə güvənirlər. Avropa İttifaqının mülki monitorinq missiyası Ermənistanın Azərbaycanla sərhədyanı bölgəsinə yerləşdiriləndən sonra rəsmi İrəvanın təhdid ritorikası, eyni zamanda Ermənistan silahlı qüvvələrinin, o cümlədən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvlərinin ordumuzun mövqelərini atəşə tutması halları artıb. İşğal dövründə olduğu kimi, Ermənistan törətdiyi təxribatlara, Azərbaycanın daxili işlərinə qarışmağa, Qarabağdakı erməniləri əl altından silahlandırmağa davam edir çox təəssüf ki, təxribatçı Ermənistan cəzalandırılmır. Baş verən hadisələr göstərir ki, Avropa İttifaqının məlum nümayəndələri Ermənistanın beynəlxalq anlaşmalara zidd hərəkətini açıq-aşkar himayə edirlər.

Ancaq ermənilər unudurlar ki, hər hansı təxribat cavabsız qalmayacaq, Azərbaycan tərəfə atəş açan qüvvələr yerindəcə məhv ediləcəklər. Bütün xəbərdarlıqlara baxmayaraq, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı birləşmələri qanunsuz fəaliyyətlərini davam etdirirlər. Separatçılar terrorçular Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis xüsusi texnikanın cəlb edilməsilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunu çəkirlər. Rusiya sülhməramlıları isə onlara keşik çəkirlər. Haqlı sual yaranır, belə sülhməramlı olar?! Həmin əraziləri müşahidə altına alan Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz fəaliyyətlər həyata keçirməklə üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozması, eləcə sülhməramlı kontingentin üzərinə düşən vəzifə borcunu yerinə yetirməməsi bölgədə gərginliyin artmasına zəmin yaradır. Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti davam edir. Ərazilərimizdə müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinə məxsus "ZTR-82A" döyüş maşını, ermənilərə məxsus 3 ədəd çadırlı "KamAZ" üzərində yanacaq çəni olan "KamAZ" avtomobilinin hərəkəti müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb. Son günlər artıq neçənci dəfədir ki, Rusiya sülhməramlı kontingentin Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qeyri-qanuni erməni dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə digər maddi-texniki təminat vasitələrinin daşınmasını müşayiət edən görüntüləri yayılır. Bütün bunlar onu göstərir ki, Rusiya sülhməramlı kontingenti üçtərəfli Bəyanatın müddəalarının icrası ilə bağlı üzərinə düşən vəzifə borcunu yerinə yetirmir, əksinə, bir sıra hallarda özü onu pozur. Bu isə həm Rusiya sülhməramlı kontingentinə olan etimadı azaldır, eyni zamanda Qarabağ iqtisadi rayonundakı qeyri-qanuni erməni dəstələrinin geniş əl-qol açmasına, Azərbaycan ərazisində növbəti təxribatlara yol açır.

Martın 20- Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndinə səfəri zamanı dövlətimizin başçısı İlham Əliyev bildirib ki, Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var - bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır. Ancaq o təqdirdə onlar 29 min kvadratkilometr ərazidə, - hansı ki, indi onlar ancaq bunu istəyirlər, - rahat yaşaya bilərlər. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi olacaq, bunu Ermənistan onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. Bizim həm gücümüz var, həm dostlarımız var, dünyada güclü mövqelərimiz var güclü iradəmiz var. Müharibə dövründə müharibədən sonrakı dövrdə biz bunu nümayiş etdirmişik.

Əgər Ermənistan həqiqətən Azərbaycana qarşı öz ərazi iddialarından, revanşist siyasətindən əl çəkmək niyyəti varsa, bu kimi təcavüzkar ritorikadan imtina etməlidir. Ermənistan tərəfi bölgədə sülhdə maraqlıdırsa, Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının erməni sakinlərin reinteqrasiya məqsədli təmaslarına müdaxilə etməyə, buna əngəl törətmək cəhdlərinə son qoymalıdır. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib ki, Ermənistan rəhbərliyinin son günlərdə Azərbaycana qarşı artan təcavüzkar ritorikasını qətiyyətlə pisləyirik. Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi istiqamətində artan beynəlxalq səyləri heçə sayan bu kimi bəyanatlar bölgədə vəziyyətin qəsdən gərginləşməsinə xidmət edir. Həm işğal dövründə, həm 2020-ci il müharibəsindən sonrakı dövrdə təcrübə göstərib ki, Ermənistan tərəfi adətən hərbi təxribatlar törətməzdən əvvəl, məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atmaq məqsədilə bu kimi kütləvi dezinformasiya kampaniyası həyata keçirir. Azərbaycanlılara qarşı 30 il müddətində etnik təmizləmə kütləvi qırğınlar törətmiş, ərazilərini 30 il müddətində işğal altında saxlamış, şəhər kəndləri viran qoymuş Ermənistanın rəhbərliyinin Azərbaycanı etnik təmizləmədə müharibə ritorikasında təqsirləndirməsi saxtakarlıq nümunəsidir. Bölgədə sülhün bərqərar olması üçün Ermənistan rəhbərliyi təcavüzkar ritorikadan əl çəkməli, Azərbaycanın ərazi bütövlüyünə qəsd daxili işlərinə qarışmaq kimi təcavüzkar fəaliyyətlərə son qoymalıdır.

 

 Salman ALIOĞLU,

 "Respublika".