Ermənistan üçtərəfli Bəyanata əməl etmir
Siyasət

Ermənistan üçtərəfli Bəyanata əməl etmir

2020-ci il sentyabrın 27- başlayan İkinci Qarabağ müharibəsi 44 gün davam etdi. Müharibə dövründə hər bir soydaşımız cəbhədən gələn xəbərləri televiziya, radio internet vasitəsilə həyəcanla izləyirdi. Xalqımızın inamı boşa çıxmadı. Xalq-iqtidar birliyi qələbəmizin ideoloji təməli oldu. Ölkəmiz qısa müddətdə tam qələbə qazanaraq zəfərimizi rəsmiləşdirən 10 noyabr Bəyanatını imzaladı.

Sözügedən Bəyanat, həmçinin Ermənistanın kapitulyasiyası deməkdir. Üçtərəfli Bəyanat uzun illər davam edən münaqişəyə son qoymaqla yanaşı, əməliyyatları da başa çatdırdı. Azərbaycanın maraqlarına tam uyğun olan bu sənəd Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində məğlub çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyini işğal etdiyi torpaqlardan qeyd-şərtsiz çıxmaq üçün qrafik təqdim etməyə məcbur etdi. Ən əsas məsələ isə Qarabağa heç bir statusun verilməməsi "Dağlıq Qarabağ" adlı ərazi vahidinin mövcud olmamasıdır. Xüsusi vurğulamaq lazımdır ki, müzəffər ordumuzun döyüş meydanında əldə etdiyi qələbələr siyasi müstəvidəki uğurlarımızı şərtləndirən vacib amillərdəndir. Həmçinin üçtərəfli Bəyanatın birinci maddəsində qeyd olunan "tərəflərin hazırda tutduqları mövqedə qalması" bəndi birbaşa ölkəmizin xeyrinədir. Axı Ermənistan tərəfi İkinci Qarabağ savaşında hansısa uğur əldə edə bilməyib. Bu baxımdan, sözügedən sənəd bir daha Azərbaycan ordusunun şərtsiz hərbi üstünlüyünü təsdiqləyir.

Ermənistanın istər döyüş meydanında, istərsə diplomatik danışıqlarda rəzil vəziyyətə düşməsi düşmənin olmayan nüfuzuna bir daha xələl gətirir. Üçtərəfli Bəyanatın öhdəliklərindən boyun qaçırması Ermənistanın regionda barışığı təhdid etməsinin bariz nümunəsidir. Lakin bütün bunlara baxmayaraq, Prezident İlham Əliyev daim sülh tərəfdarı olmuş, haqq-ədalət tələb etmişdir. Ermənistan isə öz havadarlarına arxalanmış, ölkə başçımızın ciddi səylərinə rəğmən sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya demarkasiyası istiqamətində heç bir əməli addım atmamış, əksinə, təxribatlar törətməklə öz məkrli siyasətini davam etdirmişdir. Məsələn, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe tez-tez silahlı insidentlər törətməsi 2022-ci ilin sentyabr ayında yeni silahlı toqquşmaya səbəb olmuşdur. Bu dəfə düşmən ağır itkilərlə üzləşərək məğlub olmuşdur. Lakin Ermənistan öz acizliyini qəbullanmaq istəmir. Bu baxımdan, qərb qonşumuz vaxtaşırı atəşkəsi pozur, xain xislətini durmadan bəlli edir.

Aprelin 11- Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində baş verən növbəti erməni təxribatı da bunun göstəricisidir. Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən döyüş mövqelərini minaatan iri çapılı silahlardan intensiv olaraq atəşə tutmuşdur. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində təxribatın qarşısı qətiyyətlə alınmışdır. Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki vermişdir. Xain düşmənin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu Tağıyev Səbuhi Gündüz oğlu şəhidlik zirvəsinə ucalmışlar.

Ermənistanın bu təxribatına ABŞ Dövlət Departamentindən münasibət bildirilərək açıqlama verilib. Departamentin açıqlamasında münaqişənin hərbi yolla həllinin yolverilməz olduğu qeyd olunub. Görünür, bütün dünya Ermənistanın qanunsuz təxribatlarının fərqindədir. Sadəcə, selektiv yanaşma ermənipərəst dairələrin susqunluğu düşmənə qol-qanad verir. Lakin Azərbaycan ərazi bütövlüyünə qarşı hər bir təhdidin qarşısını uğurla alıb alacaqdır.

Nəzrin ELDARQIZI,

"Respublika".