Ermənistan postmünaqişə dövründə də cinayətlərini davam etdirir
Digər xəbərlər

Ermənistan postmünaqişə dövründə də cinayətlərini davam etdirir

Vətən müharibəsindəki qələbəmizdən sonra ermənilərin Qarabağda törətdikləri cinayətlərin miqyası hər kəsə bəlli oldu. Ermənilər Qarabağın təbiətinə böyük zərər vuraraq minlərlə ağacı kəsmiş, meşələri yandırmış, təbii sərvətlərimizi talan etmişdir. Bununla da kifayətlənməyərək Qarabağda saysız-hesabsız minalar basdırmışlar. Artıq müharibədən üç ilə yaxın vaxt keçib. Ancaq buna baxmayaraq, Ermənistan müxtəlif bəhanələr gətirərək minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir.

Bu il mayın 25- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol" mövzusunda ikinci beynəlxalq humanitar minatəmizləmə konfransının iştirakçılarına müraciətində bildirdi ki, Ermənistanın otuzillik işğalı nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından qovulmuş, etnik təmizləməyə məruz qalmış, kəndlərimiz, şəhərlərimiz yerlə-yeksan edilmiş, xalqımızın tarixi-mədəni, dini irsi məqsədyönlü şəkildə məhv edilmişdir: "Ermənistan bununla kifayətlənməyib, işğal dövründə torpaqlarımıza ilkin qiymətləndirmələrə görə 1,5 milyondan artıq mina basdırmışdır".

Minaların basdırılması  insan həyatı üçün olduqca təhlükəlidir. Torpaqlarımızın minalardan təmizlənməsi sahəsində çalışanlar həm xidməti vəzifəsini yerinə yetirən, həm digər səbəblərdən orada olan yüzlərlə insan minaya düşərək ya ağır yaralanıb, ya da həyatını itirib. Belə ki, İkinci Qarabağ müharibəsindəki zəfərimizdən bu günə qədər 302 nəfər vətəndaşımız mina qurbanı olub. Onlardan 57-si həyatını itirib, 245-i isə ağır yaralanıb.

Bu il aprelin 28- Tərtər rayonunda düşmənin basdırdığı minanın partlaması nəticəsində 3 nəfər vətəndaşımız həlak olub. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Məlumata görə, partlayış Tərtər rayonunun Tapqaraqoyunlu istiqamətində minalardan təmizlənməmiş ərazidə baş verib. Ümumilikdə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın vətəndaşımız minalardan zərər çəkib ki, onlardan 587-si həyatını itirib. Mina qurbanlarının 358-ni uşaq, 38-ni isə qadınlar təşkil edir.

Bu il 25-26 may tarixlərində ANAMA Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə keçirilən "Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol" mövzusunda keçirilən ikinci beynəlxalq humanitar konfrans çərçivəsində aparılan müzakirələr minatəmizləmə sahəsində birgə səylərin səfərbər olunmasına qlobal səviyyədə problemin həlli istiqamətində yeni ideya təşəbbüslərin irəli sürülməsinə töhfə verir. Konfransın ilk günü mayın 25- Ağdamda keçirildi.

İkinci beynəlxalq humanitar minatəmizləmə konfransında 51 ölkəni təmsil edən 190-a yaxın rəsmi şəxslər - sabiq dövlət hökumət başçıları, bir sıra ölkələrin parlament üzvləri, BMT baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların, minatəmizləmə sahəsində fəaliyyət göstərən qurumların, eləcə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Məlumdur ki, müharibə bitdikdən sonra Ermənistan Laçın yolundan istifadə etməklə Azərbaycan torpaqlarında 2700-dən çox mina basdırıb.

Bu gün işğaldan azad olunan torpaqlarımızda yenidənqurma işləri aparılır. Bərpa işlərini həyata keçirmək üçün ilk növbədə mina partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatı həyata keçirilməlidir. Bərpa işlərinin icrasında aparıcı rol Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) məxsusdur. Humanitar minatəmizləmə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu siyasətin əsası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qoyulub 25 il əvvəl ANAMA yaradılıb.

Minaların basdırılması  beynəlxalq Ottava konvensiyasına görə, həm insanlığa qarşı, həm hərbi cinayət hesab olunur. Digər qanun pozuntuları ilə yanaşı, mina terroru ilə bağlı da Azərbaycana dəyən zərərin ödənilməsi beynəlxalq məhkəmələrin diqqətində olmalıdır. İşğal dövründə olduğu kimi, postmüharibə dövründə dünya ictimaiyyəti bu ədalətsizliyə hələ göz yumur. Ermənistanın mina terroru nəticəsində Azərbaycan bu gün dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Azərbaycan Prezidenti İlham Əliyev ötən il Astanada Asiyada Qarşılıqlı Fəaliyyət Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6- sammitində çıxışı zamanı bildirmişdir ki, Qarabağda mina problemini həll etmək üçün Azərbaycana təxminən 30 il 25 milyard dollar lazımdır. Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir qabaqcıl texnologiyalardan istifadə edilməklə həyata keçirilir. Minatəmizləmə fəaliyyətinin 90 faizdən çoxu ölkəmizin daxili resursları hesabına aparılırQeyd edək ki, BMT-nin 1999-cu ildə qəbul etdiyi "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəaları da Ermənistan tərəfindən pozulur.

Nəzrin CAVADZADƏ,

"Respublika".