Ermənistan “A
Siyasət

Ermənistan “A" deyibsə, “B" də deməlidir

Cənubi Qafqazda sülhün bərqərar olması üçün Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası demarkasiyası prosesi reallığa çevrilməlidir. Ölkəmizin hərbi-siyasi qələbəsinin Ermənistanın kapitulyasiyasının təsdiqi olan 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasından ötən müddət ərzində Azərbaycan tərəfinin sülh müqaviləsinin imzalanması istiqamətində atdığı konstruktiv addımların qarşılığında Ermənistanın təxribatlara əsaslanan mövqeyi, sülhə maraqlı olmaması diqqətdən kənarda qala bilməz. Görünən odur ki, Ermənistan Cənubi Qafqazda vəziyyəti öz maraqlarına uyğun təhrif etməyə çalışır, götürdüyü öhdəlikləri yerinə yetirmir. Cənubi Qafqazın inkşafına bilavasitə əngəl məhz Ermənistandır. Bu xüsusda, atəşkəs rejiminin pozulması, müxtəlif qeyri-qanuni səfərlərin təşkili Laçın yolundan təyinatı üzrə istifadə etməmək digər hallar Azərbaycan Ermənistan arasında gərginliyin yaradılmasına xidmət edir. Ermənistanın sülhə məcbur edilməsi kənar geosiyasi aktorlar tərəfindən həyata keçirilməlidir. Ermənistan rəhbərliyinin sülh xarakterli mesajları əməldə öz əksini tapmır. Qeyri-səmimi çıxışlar təxribat mahiyyəti daşıyan addımlar da təhlükəsizliyə mənfi təsir göstərir. Azərbaycan isə regionda sülhün təmin olunmasında maraqlı olduğunu dəfələrlə vurğulayıb.

Bu gün sülh prosesində müəyyən irəliləyişin olması Azərbaycanın qəti mövqeyinin göstəricisidir. Buna sübut kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 22- keçirdiyi mətbuat konfransında ölkəmizin 86.6 min kvadratkilometrlik ərazisini tanımasını göstərmək olar. Bundan başqa, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel 5-ci Brüssel görüşünün yekunlarına dair açıqlamasında da bununla bağlı deyib: "İki ölkənin liderləri 1991-ci il "Alma-Ata Bəyannaməsi" Ermənistanın (29,8 min kvadratkilometr) Azərbaycanın (86,6 min kvadratkilometr) müvafiq ərazi bütövlüyünə sadiq olduqlarını bir daha təsdiq etdilər". Lakin heç bir məntiqə sığmayan əsaslarla Qarabağa xüsusi statusun verilməsini tələb edən Paşinyan 86.6 min kvadratkilometrlik əraziyə Qarabağ regionunun da daxil olduğunu hələ anlamaq niyyətində deyil. Əslində ərazi bütövlüyümüzün könüllü şəkildə Ermənistan tərəfindən tanınması səmimi görünmür, lakin Paşinyan rejimi yaxşı anlayır ki, Prezident İlham Əliyevin təkliflərini qəbul etməkdən başqa çıxış yolu yoxdur.

"Çünki əgər "A" deyibsə "B" deməlidir. "Alma-Ata Bəyannamə"sini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır". Ölkə başçımız bu fikirləri aprelin 18- Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində bildirmişdir. Qeyd etmək lazımdır ki, "Alma-Ata Bəyannamə"sinin 3-4- bəndlərində öz əksini tapan müddəalar Azərbaycan üçün bu gün istinad edilən vacib istiqamətlərdən biridir. 2022-ci ildə Praqada Fransa Avropa Şurası prezidentlərinin iştirakı ilə Azərbaycan Ermənistan liderlərinin görüşündən sonra da istinad verilən "Alma-Ata Bəyannamə"sində məhz bu bəndlər göstərilib. 3- bənddə açıq şəkildə qeyd olunur ki, MDB- üzv olan dövlətlər qarşılıqlı şəkildə bir-birilərinin ərazi bütövlüyünü sərhəd toxunulmazlığını tanıyır. Yəni bu sənədi imzalayan Ermənistan Azərbaycan qarşılıqlı şəkildə ərazi bütövlüyü sərhəd toxunulmazlığı ilə bağlı bəyannaməni imzalayıblar. 4- bənddə isə qeyd olunur ki, birliyə üzv olan respublikalar dövlət suverenliyi bir-birinin daxili işlərinə müdaxilə edilməməsinə hörmətlə yanaşacaqlarını bəyan edirlər. Hər iki ölkə öz sərhədləri daxilində dövlət suverenliyi daxili işlərə müdaxilə etməmə (bu həm beynəlxalq hüquqdan irəli gələn prinsipdir) öhdəliyi üzərinə götürür. Eyni zamanda bir sıra istiqamətdə vacib məqamlar da qeyd olunub.

Xatırladaq ki, Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşü zamanı Paşinyan rejiminə verdiyi mesajlarla sülh müqaviləsinin imzalanmasının yalnız bu şərtlər daxilində olacağını bildirmişdi: "Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi o halda mümkündür ki, onlar deyəcəklər: Qarabağ Azərbaycandır! Onlar cəmi 3-4 il bundan əvvəl "Qarabağ Ermənistandır" deyirdilər hesab edirdilər ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlaya bilərlər. Hesab edirdilər ki, biz azərbaycanlılar bu vəziyyətlə barışacağıq. Mən isə deyirdim ki, yox, barışmayacağıq. Onlara da, onların havadarlarına da, onlara bu gün dəstək verənlərə o vaxt deyirdim ki, biz heç vaxt barışmayacağıq. Həyat bir daha onu göstərdi ki, deyiriksə, onu da edirik. Bir neçə gün bundan əvvəl Ermənistan rəhbərliyi tərəfindən verilən açıqlama faktiki olaraq mənim bir neçə il bundan əvvəl dediyim "Qarabağ Azərbaycandır!" sözlərimin təkrarıdır". Bəli, sərsəmləmiş Nikol Paşinyan əslində ərazi bütövlüyümüzü tanımaqla bir növ "Qarabağ Azərbaycandır" demiş olur.

Nikol Paşinyanın təzadlarla dolu açıqlamaları regiondakı destabil vəziyyətin qorunub saxlanılmasına xidmət edir. Azərbaycanın rəşadətli ordusu, Ali Baş Komandanının siyasi iradəsi xalqımızın qüdrəti sayəsində hazırda Cənubi Qafqazda sülhün yaradılması istiqamətində mühüm işlər həyata keçirilir. Azərbaycanın reallaşdırdığı meqalayihələrdə Ermənistan istisna olmaqla qonşu dövlətlər, dünya ölkələri, Cənubi Qafqaz regionuna marağı olan bütün dövlətlər iştirak etmək istəyir. İkinci Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyevin həm daxili, həm xarici siyasətdəki uğurlu addımlar, həmçinin 44 günlük müharibənin davam etdiyi dövrdə dünyanın ən nüfuzlu media qurumlarına müsahibələr verərək dünyaya Azərbaycanın hansı gücə malik olduğunu nümayiş etdirməsi, Cənubi Qafqazda uzun illərdir mövcud olan siyasi blokadanı yarması Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını bütün dünyaya bəyan edir.

 Nurlan ABDALOV,

 "Respublika".