Ermənisayağı “demokratiya” və yaxud islanmışın yağışdan nə qorxusu
Digər xəbərlər

Ermənisayağı “demokratiya” və yaxud islanmışın yağışdan nə qorxusu

Qocaman tarix dəfələrlə sübut edib ki, ermənilər həmişə şərə qulluq edirlər. Yüz illər keçsə də, onlar öz çirkin mahiyyətlərini və qara niyyətlərini dəyişməyiblər.

Son iki yüz illik tarixin səhifələrinə ermənilərin adı xəyanətkar, oğru, hiyləgər, satqın, yalançı, başqasının əlində alətə çevrilən, saxtakar və uydurmaçı, işğalçı, terrorçu, sözündən, boynuna götürdüyü öhdəlikdən qaçan bir toplum kimi həkk edilib. Bu barədə, eyni zamanda, ermənilərin azərbaycanlılara qarşı törətdiyi saysız-hesabsız cinayətlər haqqında arxivlərdə istənilən qədər sənədlər və faktlar var. Müharibədə məğlub olan ermənilər və onların hakimiyyəti iki ildən artıqdır anlamır ki, əbədi qarşıdurmadan, xilas olmaq üçün Azərbaycanla sülh sazişi imzalanmalıdır. Başqa yol qalmayıb, əbədi düşmənçilik erməni xalqını bəlalara düçar edir. Zəhərli ideyalarla azərbaycanlılara qarşı nifrət və qəddarlıq nümayiş etdirən Ermənistan özünü indi də "demokrat" cildində dünyaya sırıyır. Azərbaycanın mövqeyi isə belədir ki, Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə, birincisi, 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir. Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalı, süni şəkildə vaxt uzatmamalı, hansısa möcüzəni gözləməməlidir.

Düşmən ölkənin və Xankəndidəki bir ovuc erməni icmasının mətbuatını demək olar ki, hər gün izləyirəm. Düşmənin informasiya maşını hər gün Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda etiraz aksiyasının keçirilməsində həqiqəti təhrif edir, yalan informasiyalar yayır, şantaja əl atır. Öz xislətlərinə uyğun dinc etirazçıları və ekofəalları blokada mühasirə yaradan cinayətkarlar kimi qələmə verirlər. Xankəndi-Gorus yolu bağlanmayıb, bu adi həqiqəti buradakı Rusiya sülhməramlıları, bura gələn əcnəbilər, jurnalistlər və digər insanlar, eləcə də mülki ermənilər də aydın görürlər. Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası qarlı, şaxtalı havaya baxmayaraq, iki aya yaxındır ki, davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Azərbaycanlı fəallar dinc etiraz aksiyası keçirir və demokratik dəyərlər nümayiş etdirərək, humanitar yardımlara, xəstələrin daşınmasına heç bir maneçilik törətmirlər. Ötən gün Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus 26 təminat-təchizat və minik avtomobili maneəsiz  hərəkət edib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. Beynəlxalq Qırmızı Xaç Komitəsinin yaydığı məlumatda bildirilir ki, ekofəalların etiraz aksiyası keçirdikləri müddətdə Xankəndidən Ermənistana 70 nəfər xəstə erməni aparılıb. Rusiya sülhməramlılarının müşayiəti ilə həmin yolla humanitar yükləri daşıyan maşın karvanı Xankəndiyə hərəkət edib.

Qeyd edək ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi və onların arxasında gizlənərək həmin yataqları talamağa cəhd edən Vardanyanın əlaltıları tərəfindən düzəldilən şou ucbatından monitorinq baş tutmayıb. Erməniləri cidd-cəhdlə "demokrat" donunda təqdim edən bəzi Avropa ölkələri, xüsusilə Fransa dinc etirazçıların haqlı tələblərinin yerinə yetirilməsinə göz yumur, talançıları və oğruları müdafiə edirlər. Avropa Parlamentindəki rüşvət qalmaqalları ilə gündəmə gələn bəzi deputatlar, o cümlədən fransız senator Bruno Retayo Azərbaycanın enerji siyasətindən ciddi təşvişə düşüb. Adıçəkilən senator Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığının genişləndirilməsini "ermənilərin kürəyinə vurulan zərbə" hesab edir və bildirir ki, bizə Azərbaycan qazı lazım deyil, Ermənistan "demokratiyası"nı müdafiə etməliyik. Fransada iğtişaşların baş verdiyi, pensiya yaşı ilə bağlı keçirilən nümayişlərin getdiyi bir vaxtda fransız senatorunun erməni "demokratiyası" haqqında düşünməsi riyakarlıqdan başqa bir şey deyil.

Fransalı senatorun "demokrat" hesab etdiyi erməni ekspert Tiqran Muradyan bildirib ki, Qarabağın hər santimetri neçə-neçə insanın həyatından qiymətlidir. Yəni müharibəyə çağırış edən, öz xalqının qanının tökülməsini istəyən ermənini "demokrat" hesab etmək ağlı yerində olan adamın işi deyil. Erməni jurnalist Roman Baqdasaryan sosial şəbəkə hesabından Ruben Vardanyana müraciət edərək onun Qarabağdakı "fəaliyyət"indən qəzəblə danışıb: "Siz buna görə müstəqil olmaq istəyirsiniz? Günahsız insanları öldürmək üçünmü müstəqillik arzusundasınız? Vardanyanın üzünə tüpürmək lazımdır. Bu adamların qatili yüksək vəzifədədir, siz isə heç nə etmirsiniz. Müsahibələr verirsən, demokratiyadan danışırsan. Budurmu demokratiya? Sən dövlət naziri yox, əclafsan. Sən insan deyilsən". Mətbuatın yazdığına görə, avropalı deputatların nüfuzunu ləkələyən növbəti qalmaqal hakerlərin Rusiya Dövlət Dumasının əməkdaşı Sarqis Mirzəxanyanın elektron məktublarını internetə sızdırması və erməni piarçının avropalı parlamentariləri Krımın ilhaqını dəstəkləməyə inandırdığı sxemi üzə çıxarması ilə yaranıb. Yenə də erməni barmağı, erməni xisləti. Həmin Mirzəxanyan korrupsiya şəbəkəsinə təkcə erməni tanışlarını deyil, hətta öz anasını da cəlb edib. Anasının rəhbər olduğu şirkətin təqdimatlarında Mirzəxanyanın "reallaşmış layihələr"i, mitinqlərdən tutmuş seçkilərə, "informasiya təhdidlərinin aradan qaldırılması və əks-kampaniyaların aparılmasından" "qərar qəbul edən şəxslərə birbaşa çıxış üçün strategiyanın yaradılmasına" qədər olan imkanlar hərtərəfli təsvir edilib. Bu sxem uzun illər Azərbaycana qarşı da istifadə olunub. Məsələn, üzvləri nasist və antisemitizm şüarlarından istifadə etmək həvəsi ilə tanınan ifrat sağçı "Almaniya üçün alternativ" (Alternative für Deutschland, AfD) radikal partiyasının üzvləri məhz bu şəbəkənin təklifi ilə qeyri-qanuni olaraq Qarabağ ərazisinə səfər ediblər.

Ermənilərin və onların fransız havadarlarının xəyalları puç olur, paxır bağlamış fərziyyələri dəfn edilir. Qarabağdakı separatçıların və talançıların aqibəti isə əvvəlki cinayətkarlardan fərqli olmayacaq, qaçıb gizlənməyə yer axtaracaqlar. Cinayətkarı, oğrunu, talançını "demokrat" hesab edənlər də elə onların bir tayıdır.

Salman ALIOĞLU,

"Respublika".