Ermənilik: boz sifət, sürüşkən mövqe
Digər xəbərlər

Ermənilik: boz sifət, sürüşkən mövqe

Vətən müharibəsi başa çatandan sonra Azərbaycan sülh sazişikommunikasiyaların açılması, ərazi bütövlüyünün tanınması ilə bağlı Ermənistana beş müddəadan ibarət təkliflərini çatdırıbMəğlub edilmiş Ermənistan hakimiyyətinin iki il yarımdır kibu təklifləri qəbul etməyə sadəcə cəsarəti çatmır. Azərbaycan sülh mövqeyində dayandığını dünyaya bəyan edir, öz humanist, prinsipial qərarlı mövqeyində dayanır. Cənubi Qafqazda baş verən müsbət dəyişikliklərAzərbaycanla Gürcüstan arasında sıx əməkdaşlıq fonunda Ermənistan küncə sıxılmış, xəstə ideyaların qaranlığına bürünmüş, beynəlxalq layihələrdən təcrid edilmişxülyalarla yaşayan bir ölkəyə çevrilib, ən ümdəsi isə başqalarına yalvarmaq kömək ummaq hərisliyinə tutulub.

Uzun illər geosiyasi güclərin himayəsinə sığınan, humanitar yardımlarla bəslənən, Birinci Qarabağ müharibəsində Xankəndindəki 366- SSRİ alayının hərbi texnikalarından canlı qüvvəsindən istifadə edərək torpaqlarımızı işğal edən Ermənistan iqtidarında erməni cəmiyyətində indi öz ağalarına qarşı aqrresivlik müşahidə edilir, konkret olaraq, Rusiyanın əleyhinə bəyanatlar səsləndirilir, rus dilinə mədəniyyətinə qarşı etinasızlıq göstərilir, bir sözlə, gücündən çörəyindən gen-bol istifadə etdikləri, “getmə gözümdən, gedərəm özümdəndedikləri qardaşına arxa çevirir, onu cidd-cəhdlə günahlandırır. Bu, əsl erməni riyakarlığı erməni xislətidir. Ermənilər yenidən revanşist fikirlər səsləndirir, sülh danışıqlarının qəbuledilməzliyindən, Zəngəzur dəhlizinin açılmamasından danışırlarAzərbaycanın suveren ərazisi olan Qarabağa orada məskunlaşan ermənilərə şirin vədlər verərək xain dil uzadan əlaltından hərbi yardım edən Ermənistan iqtidarı  yenidən köhnə xəyallar qurur, eyforiyaya qapılır. Qarabağdakı separatçı erməniləri sərsəm bəyanatlar verməyəgülünc iddialar irəli sürməyə həvəsləndirən Paşinyan hökuməti bölgədə gərginliyin artmasına, münaqişə qığılcımlarını körükləməyə cəhd edir.

Birinci Qarabağ müharibəsində ordu komandanı olmuş, saxta general, Qarabağda doğulmuş əli soydaşlarımızın qanına batmış Samvel Babayanın Vətən müharibəsində harada qaçıb gizləndiyi məlum olmadı. Bu həmin Samveldir kiişğal illərində azərbaycanlı əsirlərə Ağdamdakı qədim Qarağacı qəbiristanlığındakı qəbirlərin baş sinə mərmər daşlarını sökdürərək Mısmına kəndində qarət hesabına tikdirdiyi villanın həyətinə döşətdirib. Bu barədə həmin illərdə əsirlikdə olan orada işləyən adamlar danışıblar. Gizləndiyi yerdən çıxan qatil Samvel sosial şəbəkə hesabında həyasızcasına bildirir kiguya erməni ordusu indi 44 günlük müharibədəkindən daha yüksək əhvali-ruhiyyəyə döyüş qabiliyyətinə malikdir. Hakimiyyətin bu sahəyə diqqətini daha da artıracağı təqdirdə isə guya ordunun (?!) istənilən döyüş tapşırığını yerinə yetirmək əzmində olduğunu deməsi sərsəmlikdən başqa bir şey deyil. Azərbaycanlıların ev-eşiyini, var-dövlətini qarət edərək özünə dəbdəbəli şərait quran cinayətkar Samvel Babayan kimiləri unudurlar ki,  2020-ci ildəki müharibədə 11 mindən çox fərarisi olan başıpozuq erməni ordusunu tərifləməsi erməni özünəvurğunluğunun idbar nəticəsidir. Samvel başqa separatçı ermənilər Azərbaycan ordusunun Qarabağda Şərqi Zəngəzurda bütün strateji yüksəklikləri, Ermənistandan Azərbaycana gələn bütün yolları, istər asfalt, istərsə torpaq yolları nəzarətə götürməsindən ciddi vahimələnir, öz dərilərini qorumaq üçün yalan böhtan yayır, ictimai fikri çaşdırır. Ermənilər Azərbaycan ordusunun gücünüpeşəkarlığınıvətənpərvərliyinimüasir hərbi texnikalardan yüksək səviyyədə istifadə etməsini  yaxşı bilirlər, sadəcə bunu etiraf etməyə ləyaqətləri çatmır. Bölgədə baş verən proseslər bir daha onu göstərir kiərazidəki ümumi vəziyyətə nəzarət Azərbaycanın tərəfindədir. Həmçinin  mənəvipsixolojihərbi siyasidiplomatik üstünlüklər getdikcə Azərbaycana daha çox nailiyyətlər əldə etməyə imkan verirErmənistanla sərhədin Laçın rayonundan keçən hissəsində nəzarət-buraxılış məntəqəsinin quraşdırılması labüddür. Dövlətimizin başçısı İlham Əliyev bu barədə daha əvvəllər təkliflərini səsləndiribBu təklif Rusiya Ermənistan tərəfindən etirazla qarşılansa danəzərə almaq lazımdır ki, Laçın rayonunun  Zabux Cağauz kəndləri artıq Azərbaycanın nəzarətindədir ona öz ərazisində nəzarət-buraxılış məntəqəsinin yaradılmasına heç kəs mane ola bilməz. Odur kibelə bir məntəqənin yerləşdirilməsi kifayət qədər real məsələdir

Prezident İlham Əliyev Astana şəhərində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında düşmən ölkə ilə münasibətlər haqqında bildirib ki, biz normallaşma əzmindəyik İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdiPraktiki olaraq bu başlanıbamma bizim istədiyimiz kimi rəvan getmirLakin bunun alternativi yoxdur. Hətta 30 illik işğala Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərəhazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraqqonşular arasında münasibətlər normal olmalıdır. Bununla beləbiz gələcəyə baxırıq hesab edirik kisuverenlikərazi bütövlüyüsərhədlərin toxunulmazlığıBMT-nin Nizamnaməsibeynəlxalq hüququn bütün əsas normaları prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür.

Salman ALIOĞLU,

"Respublika".