Erməni vəhşiliyi xarici nümayəndələri dəhşətə gətirdi
Digər xəbərlər

Erməni vəhşiliyi xarici nümayəndələri dəhşətə gətirdi

Torpaqlarımız işğaldan azad edildikdən sonra ən mühüm məsələlərdən biri bölgənin bərpası idi. 30 illik işğal dövründə Ermənistan Qarabağda daşı daş üstə qoymamış, bütün binaları dağıdıb yerlə bir etmişdir. Gözəl Qarabağın Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan kimi səfalı rayonları xarabazarlığa, ruhlar şəhərinə çevrilmişdir.

Ermənistan bu yerlərdə təbii sərvətlərimizi talamaqla, tarixi, mədəni abidələrimizi dağıtmaqla kifayətlənməyib, kənd şəhərlərin infrastruktur üçün yararlı olan bütün binaları söküb materialları öz ölkəsinə daşıyıb. Ən pis halda da binaları od vurub yandırıb. Onlar sanki bu əməlləri ilə bizdən qisas almağa çalışıblar. Ölkə başçısı İlham Əliyev Ağdama səfəri zamanı gördüyü mənzərəni ifadə edərək demişdir ki, indi Ağdam ruhlar şəhərinə bənzəyir. Düzdür, Azərbaycan dövləti elə ilk gündən bu yerlərdə tikinti-quruculuq işlərinə başlayıb. Kənd şəhərlərimiz daha modern yeni üslubda inşa edilir. Tikinti işləri bütün sahələr üzrə aparılır. Bu işdə yerli şirkətlərlə yanaşı, bir çox xarici şirkətlər fəaliyyət göstərir. Ərazi yenidən tikilib istifadəyə verilsə erməni vəhşiliyinin əlamətləri gələcək nəsillərə sübut, fakt kimi saxlanılır.

Dövlətimiz ilk gündən bütün beynəlxalq qurum təşkilatları bölgəyə dəvət etmişdir. Məqsəd beynəlxalq aləmin yalançı erməni dövlətinin vandal vəhşi əməlləri ilə yerində tanış olmasıdır. Ötən iki ildən artıq müddətdə xarici nümayəndəlik səfirlik işçiləri, media təmsilçiləri dəfələrlə Qarabağa səfər etmiş, vəziyyətlə yerində tanış olub, təmsil etdikləri qurumları məlumatlandırmışlar.

Ötən il fevralın 25- bir qrup xarici jurnalist işğaldan azad edilmiş Şuşa şəhərində olmuşdur. Jurnalistlər Şuşa şəhərində görülən işlərlə yanaşı, ermənilər tərəfindən dağıdılıb, məhv edilmiş tarixi, mədəni abidələri ziyarət etmişlər. Gördükləri mənzərədən dəhşətə gələn xarici jurnalistlər təəssüf hisslərini gizlədə bilməmişlər. Əlcəzairin "Alharir. İnfo" informasiya agentliyinin əməkdaşı Abdelkader Xelil şahid olduqları haqqında belə demişdir: "Mən çox şadam ki, Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş Şuşa şəhərindəyəm. Azərbaycan yaxşı ki, öz ərazisini azad edə bildi. Buralar çox gözəldir. Ancaq biz dağılmış evləri tarixi binaları gördük. Bu dəhşətdir. Artıq ermənilərin nələr etdiklərini bütün dünya bilir".

İşğaldan azad olunmuş ərazilərə səfər edən bütün xarici nümayəndələr ermənilərin törətdikləri vəhşiliklərdən dəhşətə gəlirlər. 30 ildə Ermənistan bu yerlərdə hər cür terror aktı törətmişdir. Onların vəhşi əməlləri İkinci Qarabağ müharibəsi zamanı da daha kəskin forma almışdır. Azərbaycan Silahlı Qüvvələri qarşısında aciz duruma düşən ermənilər, müharibə zonasından kənar ərazilərimizi iriçaplı silahlardan raketlərdən atəşə tutmuşdur. Bərdə, Tərtər, Mingəçevir, Gəncə Beyləqan rayonu raket atəşinə məruz qalmışdır. Ən çox zərər görən şəhərlərimizdən biri Gəncə oldu. Gecə vaxtı insanların yuxuda olduğu bir zamanda Gəncəni raket atəşinə tutan Ermənistan onlarla insanın, uşağın ölümünə rəvac verdi. 2022-ci il oktyabr ayının 17- Gəncə terrorunun ikinci ildönümündə Azərbaycanda fəaliyyət göstərən 50- yaxın səfir, diplomatik korpus nümayəndələri, xarici yerli media nümayəndələri Gəncəyə səfər etmişdir. Ermənistanın hərbi cinayətləri ilə tanış olan qonaqlara məlumat verilib ki, Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma prinsiplərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmuşdur.

Bu il martın 3- isə Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü işıqlandırmaq üçün Azərbaycana gələn bir qrup xarici jurnalist Ağdam rayonuna səfər edərək İmarət tarixi kompleksində olmuşdur. Jurnalistlərə ermənilərin törətdikləri vandal əməllərlə bağlı ətraflı məlumat verilmişdir. Hətta, Ağdam kimi digər rayon kəndlərimizdə olan tarixi abidələrin çoxunun ermənilər tərəfindən dağıdılıb, məhv edilməsi nəzərlərinə çatdırılmışdır. Media nümayəndələri Ağdam Cümə məscidini, Şəhidlər Xiyabanını Ağdam Dram Teatrını da ziyarət etmişlər. Ağdamdan sonra 30 nəfərlik nümayəndə heyəti Gəncə şəhərinə səfər etmişdir. Xarici nümayəndələr Gəncə terroru zamanı törədilən vəhşiliklə yerində tanış olmuşdur.

Ramidə YAQUBQIZI,

"Respublika".