Erməni texnikasının atəşə tutulması ilə bağlı məlumat həqiqətəuyğun deyil
MÜSAHİBƏLƏR

Erməni texnikasının atəşə tutulması ilə bağlı məlumat həqiqətəuyğun deyil

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya yanvarın 6-sı saat 13:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Xocavənd rayonunun Çörəkli yaşayış məntəqəsi ərazisində təsərrüfat işləri görən texnikanın atəşə tutulması ilə bağlı yayılan məlumat tamamilə yalandır, həqiqətəuyğun deyil.

AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

"Bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd edilib.