“Erməni millətçiliyi: gələcəyi olmayan həyat” kitabının təqdimatı
Mədəniyyət

“Erməni millətçiliyi: gələcəyi olmayan həyat” kitabının təqdimatı

Aprelin 12- Hüquq İnsan Haqları İnstitutunda, ekspert şurasının üzvü Moisey Bekkerin "Армянский национализм: жизнь без будущего" (Erməni millətçiliyi: gələcəyi olmayan həyat) kitabının təqdimat mərasimi keçirildi.

Tədbiri Hüquqi Ekspertiza Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov giriş nitqi ilə açaraq İnsan Haqları İnstitutunun fəaliyyətinin daha bir istiqaməti kimi, xalqa, millətə, dövlətçiliyə əhəmiyyətli olan nəşrlərin sayının artırılması barədə İnstitutun gördüyü işləri yüksək qiymətləndirdi belə nəşrlərin geniş təqdimatının keçirilməsinin ictimaiyyət üçün əhəmiyyətini vurğuladı.

İnstitutun idarə heyətinin sədri Məhəmməd Quluzadə çıxış edərək təqdimatın səbəbkarı Moisey Bekkerin uzun illər Hüquq İnsan Haqları İnstitutunda elmi fəaliyyətlə məşğul olduğunu, hazırda isə İnstitutun Ekspert Şurasının üzvü olduğunu diqqətə çatdırdı. M.Quluzadə Moisey Bekkerin yaxın zamanlarda nəşr olunan kitabının obyektiv araşdırmalar baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Yeni işıq üzü görən kitabın müəllifi monoqrafiyada "Armenakan", "Qnçak" "Daşnaksütyun" kimi siyasi partiyaların erməniliyin siyasi baxışlarının formalaşmasına təsirini, Osmanlı Rusiya imperiyalarını, eləcə Sovet İttifaqını daxildən parçalamaq istiqamətində iştirakını  geniş şəkildə təhlil etmişdir.

Təqdimatın ikinci hissəsində iştirakçılar işğaldan azad olunmuş ərazilərdə ermənilər tərəfindən basdırılmış minaların vətəndaşların həyatına təhlükəsi qatı erməni millətçiliyinin fəsadları barədə fikir mübadiləsi apardılar.

Tədbirdə Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Ombudsman Aparatı digər dövlət qurumlarının komitələrin nümayəndələri, Milli Məclisin deputatları, alimlər media nümayəndələri iştirak edirdilər.

Nəzrin CAVADZADƏ,

"Respublika".