Erməni diversantların Zəngilan istiqamətində dövlət sərhədini yarıb keçmək cəhdinin qarşısı alınıb
Digər xəbərlər

Erməni diversantların Zəngilan istiqamətində dövlət sərhədini yarıb keçmək cəhdinin qarşısı alınıb

May ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb.

 Bu barədə AZƏRTAC-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb nəticədə Ermənistan silahlı qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb.

Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıblar.

Əməliyyat şəraiti nəzarətdə saxlanılır.