Erik Qozlan: Xarici qonaqların dəvət olunması Azərbaycanın sülh prosesinə önəm verməsinin göstəricisidir
MÜSAHİBƏLƏR

Erik Qozlan: Xarici qonaqların dəvət olunması Azərbaycanın sülh prosesinə önəm verməsinin göstəricisidir

Xarici ölkələrin nümayəndələrini Azərbaycana dəvət edərək onları sülh prosesi barədə məlumatlandırmaq olduqca vacibdir.

AZƏRTAC xəbər verir ki, bu fikri Diplomatiya və Dialoq üzrə Beynəlxalq Şuranın həm-direktoru və hökumət müşaviri Erik Qozlan jurnalistlərə müsahibəsində söyləyib.

Əcnəbi ekspert bildirib ki, bu proseslərin mahiyyətini dərindən dərk etmək üçün bölgəyə səfər etmək çox əhəmiyyətlidir. Çünki dünyada jurnalistlər çox vaxt obyektiv yanaşma sərgiləmirlər. Bu səbəbdən də sizin mövqeyinizə nəzər yetirmək bizim üçün önəmlidir. İşğaldan azad olunmuş ərazilərə səfər etdik. Bu ərazilərin tarixini bilmək hadisələrin sonrakı inkişafı baxımından vacibdir. Xarici qonaqların ölkənizə dəvət olunması Azərbaycanın sülh prosesinə önəm verməsinin göstəricisidir.

AZƏRTAC