Enerji sahəsində Avropaya açılan pəncərə
İQTİSADİYYAT

Enerji sahəsində Avropaya açılan pəncərə

2015-ci il martın 17- Trans-Anadolu qaz boru kəmərinin (TANAP) təməli qoyulub

Azərbaycan Türkiyə respublikalarının hökumətləri arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair 2012-ci il iyunun 26-da İstanbul şəhərində imzalanmış Sazişə əsasən 17 mart 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə Türkiyənin Qars vilayətinin Selim rayonunda Trans-Anadolu qaz boru kəməri TANAP-ın təməli qoyulub.

Beş il ərzində reallaşması nəzərdə tutulan bu layihə bir neçə mərhələdə həyata keçirilməli ilkin mərhələsinin isə 2018-ci ildə başa çatdırılması planlaşdırılırdı. İmzalanmış saziş əsasında bu kəmərlə nəql olunacaq qazın həcmi 2020-ci ildə 16 milyard, 2023- ildə 23 milyard, 2026- ildə isə 31 milyard kubmetrə çatdırılacaqdı. İlkin dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetrinin Avropaya, 6 milyard kubmetrinin isə Türkiyəyə satılması nəzərdə tutulurdu. Avropanın ən böyük infrastuktur layihəsi Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP 45 milyard dollar həcmində vəsaiti özündə cəmləşdirərək Azərbaycanın zəngin qaz ehtiyatlarının yeni bazarlara çıxmasında əsaslı rol oynayır.

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan enerji strategiyası "Əsrin müqaviləsi" ilə Azərbaycanda inkişaf yoluna qədəm qoymuşdu. Bu müqavilə imzalandıqdan sonra ölkənin dünyada nüfuzu artaraq, etibarlı tərəfdaş statusu qazanmışdı. TANAP Azərbaycanın Avropanın enerji bazarlarına inteqrasiyası, eləcə təhlükəsiz tranzit dövlət kimi öz mövqeyini möhkəmləndirməsi üçün ən real imkandır. Ölkə səviyyəsində isə TANAP Azərbaycana öz enerji resursları sənayesini qlobal standartlar səviyyəsində inkişaf etdirməyə imkan verəcək. Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) ötürmə qabiliyyəti kifayət qədər böyükdür "Şahdəniz" qazının yeni ixrac marşrutudur. TANAP Cənub Qaz Dəhlizinin reallaşmasında önəmli layihədir Azərbaycanın ən mühüm enerji layihəsi hesab olunur. Mümkün uzunmüddətli perspektivdə Avropa ilə enerji ticarəti Azərbaycana digər dövlətlərlə iqtisadi siyasi yaxınlığa nail olmaq imkanı yaradıb. İki qardaş ölkəni enerji sahəsində birləşdirən Bakı-Tbilisi-Ceyhan Neft Boru Kəməri Bakı-Tbilisi-Ərzurum Qaz Boru Kəmərinin davamında TANAP layihəsinin baş tutması ilə Türkiyənin enerjiyə olan ehtiyacını təmin edir ölkənin iqtisadi inkişafına böyük töhfə verir. Təməlqoyma mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu anı tarixi bir gün olaraq vurğulamışdı. Dövlət başçısı bildirir ki, bu layihə enerji təhlükəsizliyi layihəsidir. Amma ilk növbədə, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı layihəsidir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bizi müstəqil dövlət kimi ilk tanıyan məhz qardaş Türkiyə olmuşdur. O gündən bu günə qədər biz bərabər irəliyə gedirik, bir-birimizi dəstəkləyirik, bir-birimizin uğurlarına sevinirik, hər zaman bir-birimizə arxa, dayaq oluruq.

2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi enerji sahəsindən yan keçmədi. Avropanın təbii qaza olan ehtiyacını ödəyən Rusiyadan asılılığı azaltmaq üçün yeni tərəfdaş axtarışında olan Avropa İttifaqı ən ideal alternativ yolunu Bakı ilə müttəfiqlikdə görürdü. Bakının bu çağırışlara cavab verməsi nəticəsində 2022-ci il iyulun 18- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin iştirakı ilə enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Memoranduma əsasən TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə, TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi planlaşdırılır. Azərbaycan Avropaya qaz ixracını 2027-ci ilə qədər iki dəfə artırmağı planlaşdırır ki, resursların zənginliyi bunun da həyata keçməsinə şərait yaradır. Avropa Komissiyası ilə Sazişin imzalanması Avropanın enerji xəritəsinin dəyişməsində ölkəmizin rolunu artırır. Yeni dünya düzənində Xəzər hövzəsində zəngin resurslara malik olan respublikamız qoca qitə üçün çoxşaxəli müasir standartlara cavab verən ixrac marşrutunda yeni mənbə qismində çıxış edir. Azərbaycan ilə Avropa arasında 2022-ci ildə imzalanan Memorandum ilk müqavilə deyil. Bundan öncə 2006 2011-ci illərdə Cənub Qaz Dəhlizi ilə bağlı birgə bəyanatlar imzalanmışdı. Beləliklə, Azərbaycan özündə müsbət imic formalaşdırmaqla yenidən Avropa İttifaqının rəğbətini qazanmış oldu.

Musa BAĞIRLI,

"Respublika".