“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 8, maddə 901) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci, 4.2.4-cü və 4.2.6-cı maddələrdə, 6-cı fəslin və 14-cü maddənin adlarında “ötürülməsi” sözündən sonra “, nəqli” sözü əlavə edilsin;

1.2. 2.1.7-ci maddədə “qeyri-yaşayış sahələrinin” sözləri “binaların (qurğuların)” sözləri ilə əvəz edilsin;

1.3. 4.1.4-cü maddədə “ötürücüləri” sözündən sonra “, nəql edənləri” sözləri əlavə edilsin;

1.4. 8.1.2-ci maddədə “ərazisi” sözü “sahəsi” sözü ilə əvəz edilsin;

1.5. 11.1-ci maddədə “məişət suyu” sözləri “su” sözü ilə əvəz edilsin;

1.6. 14.1-ci maddədə “və paylayıcı” sözləri “, nəqli, həmçinin onların paylayıcı” sözləri ilə əvəz edilsin;

1.7. 16.3-cü maddədə “tədbirlərin” sözündən sonra “və enerji effektivliyi fondunun saxlanılması xərclərinin” sözləri əlavə edilsin.

Maddə 2. Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 27 may 2022-ci il