Energetika: Yenidənqurma və bərpa işləri təqdirəlayiqdir
İQTİSADİYYAT

Energetika: Yenidənqurma və bərpa işləri təqdirəlayiqdir

Ölkəmizin enerji sistemində islahatların keyfiyyətcə yeni mərhələsinə qədəm qoyulub, yerli xarici mütəxəssislərin rəyi nəzərə alınmaqla 2018-2021-ci illəri əhatə edən mükəmməl Reabilitasiya Proqramı hazırlanaraq icrasına başlanılmışdır. Bu proqramın həyata keçirilməsində əsas məqsəd itirilmiş gücləri bərpa etmək, enerji sisteminin etibarlılığı dayanıqlığını təmin etməkdən ibarətdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə enerji sektorunda hərtərəfli inkişaf müşahidə olunur. Azərbaycanın elektrik enerjisi təsərrüfatında islahatlar uğurla reallaşdırılır. Enerji sisteminin etibarlılığının təmin edilməsi bu sahədə mükəmməl infrastrukturun yaradılması üçün ardıcıl kompleks tədbirlər həyata keçirilir.

Son illərdə çoxsaylı yeni elektrik stansiyaları yarımstansiyalarının açılışı, mövcud olanların yenidən qurulması ilə yanaşı, bərpa olunan enerjidən istifadəyə geniş yer ayrılması istiqamətində çox mühüm layihələr icra olunur. Bütün bunlar göstərir ki, hazırda ölkəmizdə enerji sektorunun inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə xüsusi önəm verilir. Görülən işlərin nəticəsidir ki, hazırda Azərbaycan öz daxili enerji tələbatını tam ödəməklə yanaşı, elektrik enerjisini ixrac da edir. Bu işlər ümumilkidə ölkəmizin  iqtisadi potensialının möhkəmləndirilməsinə xidmət etməklə, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlu nəticələrinin göstəricisi kimi xarakterizə olunur.

Prezident İlham Əliyevin Sərəncamı iləAzərişıqAçıq Səhmdar Cəmiyyəti yaradılmışdır. İndi bu kollektivdə təcrübəli energetiklərin sayəsində abonentlər fasiləsiz keyfiyyətli elektrik enerjisi ilə təmin olunur, qarşıya qoyulmuş vəzifələr uğurla yerinə yetirilir.

AzərişıqASC-nin məqsədyönlü fəaliyyəti sayəsində paytaxtın Xəzər rayonunda son illər müsbət irəliləyişlər müşahidə olunur, xidmət abonentləri razı salır, rayonun əhatə etdiyi ərazilərdə yenidənqurma, texniki dəyişikliklər uğurla davam etdirilir.

Rayon Enerji Təchizatı Satışı İdarəsi mərkəzdə üçmərtəbəli, müasir tipli binada yerləşir.

İdarənin rəisi, təcrübəli energetik Nadir Şiriyevlə görüşdük. Rəis bizimlə söhbətində bildirdi:

- Ardıcıl məqsədyönlü səylər nəticəsində Xəzər rayonunda tədbirlər planına əsasən son illərdə təqdirəlayiq işlər görülmüşdür. Elektrik enerjisi ilə təchizatın əsaslı şəkildə yaxşılaşdırılmasına maksimum səy göstərilir, ən müasir texnologiya avadanlıqların tətbiqinə, elektrik şəbəkələrində yüklənmələrin azalmasına texniki itkilərin minimuma endirilməsinə nail olunur.

Prezident İlham Əliyev bu sahədə görülən işlər barədə deyib: “Biz çox müasir enerji sistemimizi yaratdıq bu gün dayanıqlı enerji təchizatı ölkə üzrə çoxdan təmin edilib. Bundan əlavə, xüsusilə son illərdə görülmüş işlər enerji təsərrüfatını tamamilə yeniləşdirib. Yüksəkgərginlikli xətlər, bizi qonşu dövlətlərlə birləşdirən xətlər inşa edildi, bir çox yerlərdə yeni yarımstansiyalar tikildi, transformatorlar quraşdırıldı. Bölgələrə çoxsaylı səfərlərim çərçivəsində mən həmişə maraqlanıram vətəndaşlardan soruşuram ki, enerji ilə təminat necədir? Son illər ərzində hər zaman müsbət rəylər eşidirəm. Bu, məni çox sevindirir. Bu, onu göstərir ki, “AzərenerjiAzərişıqbu istiqamətdə çox böyük işlər görürlər”...

Rayonun energetikləri 2021-ci ildə ikiqat səylə çalışır, abonentlər arasında geniş maarifləndirmə işləri aparırəhalinin fasiləsiz keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasını diqqət mərkəzində saxlayırlar. Məhz buna görə uğurlu nəticələrə imza atılır, “AzərişıqASC-nin rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir.

Rayonun ərazisində 85 min nəfər abonent qeydə alınmışdır. Qeyd etmək lazımdır ki, ilin birinci yarısında yığım faizi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artmış, Binə qəsəbəsində 2 ədəd yeni transformator quraşdırılmış, 3 min metr yeni naqil çəkilmiş, 2 min metr SİP xətti yenisi ilə əvəz edilmiş, Mərdəkan, Şüvəlan, Şağan ərazisində 7 ədəd yeni TM quraşdırılaraq güc mərkəzi yaradılmışdır. 5400 metr yeni yüksəkgərginlikli naqil çəkilmiş, 4 min SİP xətti yenisi ilə əvəz edilmiş, Buzovna qəsəbəsində 2 yeni Transformator Məntəqəsi quraşdırılmış, 2 min metr yeni naqil çəkilmiş, 1500 SİP xətti yenilənmmiş, rayon üzrə 11 yeni güc mərkəzi yaradılmışdır, Vətən müharibəsi iştirakçıları ilə sıx əlaqələr qurulmuş, onların üzləşdikləri problemlər müsbət həll olunmuşdur.

İdarədə gənc kadrların seçilib yerləşdiriləməsi diqqət mərkəzində saxlanılır.

Dünyanın aparıcı şirkətlərinin istehsal etdikləri müasir avadanlıqların alınıb quraşdırılması, yüksək texnologiyaların tətbiqi müasir tədris prosesinin yaradılmasını labüd edir. Bu istiqamətdə kadr kadr hazırlığı problemini uğurla həll etmək məqsədilə bir neçə il öncəAzərişıqASC- Tədris Mərkəzi yaradılmışdır.

Rayonun gənc energetikləri mütəmadi olaraq Tədris Mərkəzində fəaliyyət göstərən kurslara cəlb olunur, onlar elektrik şəbəkəsində istifadə olunan gələcəkdə istifadə ediləcək müasir texniki avadanlıqları həvəslə öyrənrlər.

Müsahibimiz Nadir Şiriyev söhbətinin sonunda Qarabağ ətraf regionların işğaldan azad olunduqdan sonraAzərişıqASC-nin kollektivi tərəfindən aparılan yenidənqurma bərpa işlərindən danışdı.

Qədir ASLAN,

Respublika”.