“Ən yaxşı radiasiya, kimyəvi və bioloji mühafizə taqımı
Digər xəbərlər

“Ən yaxşı radiasiya, kimyəvi və bioloji mühafizə taqımı" adı uğrunda yarış keçirilib

Bu ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda "Ən yaxşı radiasiya, kimyəvi və bioloji mühafizə taqımı" adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışda zəhərləyici maddələrin aşkarlanması, radiasiya və kimyəvi kəşfiyyatın aparılması üzrə tapşırıqlar icra edilib, həmçinin qoşunların müxtəlif döyüş fəaliyyətləri zamanı hərbi qulluqçuların aerozol maskalanması üzrə praktiki və səhra vərdişləri təkmilləşdirilib.

AZƏRTAC