“Ən yaxşı qumbaraatan heyəti
Digər xəbərlər

“Ən yaxşı qumbaraatan heyəti" adı uğrunda yarışlar

Quru Qoşunlarının 2022-ci tədris ilinin hazırlıq planına əsasən "Ən yaxşı SPQ-9 və AQS-17 (AQS-30) heyəti" adı uğrunda yarışlar keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, atışdan əvvəl hərbi qulluqçuların nəzəri bilikləri yoxlanılıb, fiziki hazırlıq, taktiki hazırlıq və mühəndis hazırlığı üzrə normativlər qəbul olunub. Altı mərhələ üzrə keçirilən yarışda heyətlər tank əleyhinə dəzgahlı qumbaraatanlardan şərti düşmənin müxtəlif hədəflərini məhvetmə, həmçinin dəzgahlı avtomatik qumbaraatanlardan yarımdüzünə tuşlama ilə yerindən atəş üzrə təlim atış çalışmalarında bacarıqlarını nümayiş etdiriblər.

Yarışın keçirilməsində əsas məqsəd şəxsi heyətin hazırlıq səviyyəsinin yoxlanılması və praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də döyüş hazırlığı üzrə fərqlənən hərbi qulluqçuların mükafatlandırılmasıdır.

AZƏRTAC