Emin Əmrullayev Gəncə Dövlət Universitetinin yataqxanasında olub
Elm və təhsil

Emin Əmrullayev Gəncə Dövlət Universitetinin yataqxanasında olub

Sentyabrın 22-də təhsil naziri Emin Əmrullayev Gəncə Dövlət Universitetinin tələbə yataqxanasında olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yataqxanada yaradılan şəraitlə tanış olan nazir daha sonra bu il ölkənin müxtəlif ali təhsil müəssisələrinə qəbul olunmuş bir neçə tələbə ilə görüşüb, onlarla söhbət edib. Emin Əmrullayev görüş zamanı tələbələrlə fikir mübadiləsi aparıb və onlara uğurlar arzulayıb.

Məlumat verilib ki, 1967-ci ildə tikilən yataqxananın əsaslı təmir işlərinə  2019-cu ildə başlanılıb. Yataqxana 700 tələbənin qalması üçün hər bir şəraitlə tam təmin edilib.

AZƏRTAC