Əməkdaşlıq əlaqələri genişlənir
Digər xəbərlər

Əməkdaşlıq əlaqələri genişlənir

Özbəkistanın nəqliyyat nazirinin müavini Abdulsamat Muminovun rəhbərlik etdiyi nümayəndə heyəti "Azərbaycan Dəmir Yolları" QSC-də olub.

ADY-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə iki ölkənin dəmir yolları sahəsində əməkdaşlıq imkanları, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, o cümlədən CASCA + multimodal nəqliyyat marşrutu çərçivəsində yeni əməkdaşlıq təklifləri nəzərdən keçirilib.

"Respublika".