Əməkdaşlığın önəmini artıran platforma: yaşıl enerji
İQTİSADİYYAT

Əməkdaşlığın önəmini artıran platforma: yaşıl enerji

Avropa qitəsində artan geosiyasi gərginlik Azərbaycanı bu qitə üçün vazkeçilməz amilə çevirib. Regionda ən çox enerji potensialına malik olan ölkəmiz daxili tələbatı ödəməklə yanaşı, enerji ixracında önəmli yer tutur. Dünyada baş verən iqlim dəyişkənliyi, qlobal istiləşmə, şimal cənub qütb dairələrində buzlaqların sürətlə əriməsi ətraf mühitin qorunmasını ön plana çıxarıb. Bu səbəbdən dünyanın qabaqcıl ölkələri yaşıl enerji istehsalını istifadəsini artırmağı prioritet sahə kimi qarşıya qoyublar. Azərbaycan dünyanın bir çox ölkələrinə təbii qaz, neft neft məhsulları ixrac edir. Lakin son illərdə, xüsusilə işğaldan azad olunmuş ərazilərdə yaşıl enerjinin inkişafına önəmli yer verilib.

Belə ki, Prezident İlham Əliyev Qarabağı Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib. Bu sahədə olan imkanlarımız tezliklə işğaldan azad olunan əraziləri yaşıl enerji mərkəzinə çevirəcək. Zəngilanın 1-ci, 2-ci, 3- Ağalı kəndləri layihəsinin əsas komponentlərindən biri alternativ enerji sahələridir. Bu layihəyə əsasən, bütün yaşayış evləri, sosial obyektlər, inzibati ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Qarabağın ekoloji tarazlığının qorunub saxlanılması üçün elektrik enerjisi istehsalında yaşıl enerjinin (əsasən günəş, külək stansiyalarından kiçik çaylar üzərində quraşdırılmış su elektrik stansiyalarından) istifadə olunması fayda gətirəcək.

Azərbaycan yaşıl enerji istehsalı üçün çox böyük potensiala malikdir. Yalnız dənizdə külək enerjisinin potensialı 157, quruda külək günəş enerjisinin potensialı 27 qiqavatdır. İşğaldan azad olunan torpaqlarda 10 qiqavata yaxındır. Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan enerji potensialı müəyyən edilib. Hazırda 500 meqavatlıq Günəş Elektrik Stansiyasının tikintisi ilə bağlı danışıqlar aparılır.

2022-ci ildə Azərbaycan, Macarıstan, Gürcüstan Rumıniya hökumətləri arasında yaşıl enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Saziş imzalanıb. İmzalanmış Sazişə əsasən, Azərbaycan Avopaya yaşıl enerji ixrac edəcək. Xəzər dənizindən istehsal olunan yaşıl enerji Qara dənizdən keçərək "köhnə qitəyə" çatdırılacaq. İlkin mərhələdə 4 ölkə iştirak etsə , gələcək illər ərzində ölkələrin sayının çoxalması ehtimal edilir.

Azərbaycan Avropa İttifaqı arasında əməkdaşlıq yüksək səviyyədə davam edir. Prezident İlham Əliyevin Avropa İttifaqının yüksəkvəzifəli şəxslərinin qarşılıqlı səfərləri əməkdaşlığın inkişafına böyük töhfələr verir.

Azərbaycan Avropa İttifaqı üçün investisiya baxımından da regionda birinci sıradadır. Belə ki, qurum Cənubi Qafqazda Gürcüstan Ermənistandan fərqli olaraq, ölkəmizə daha çox investisiya qoyulub. Enerji sahəsində əməkdaşlıq Cənub Qaz Dəhlizi vasitəsilə inkişaf edir. TANAP TAP vasitəsilə Avropaya ixrac olunan təbii qaz qitənin əsas alternativ enerji mənbələrindən biridir. Avrasiyada geosiyasi vəziyyətin dəyişməsi ixrac olunan qazın həcmini artırmağı zəruri edir. Belə ki, Azərbaycan ilə Avropa İttifaqı arasında TANAP-ın 16 milyard kubmetrdən 30 milyard, TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi proqnozlaşdırılır.

Fevralın 3- Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında iştirak edən dövlətimizin başçısı İlham Əliyev ötən dövr ərzində Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan, dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışıb. Tədbirdə Avropa Komissiyasının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iştirak ediblər. Enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, ICGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, "ACWA Power", "Masdar", Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Asiya İnkişaf Bankı digər qurumlar təmsil olunub.

Bu gün Azərbaycan "Masdar" "ACWA Power" kimi investorlarla birlikdə günəş külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsini həyata keçirir. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. Həmçinin bu yaxınlarda BP şirkəti ilə birlikdə bir layihənin icrasına başlanacaq. Bu, işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası olacaqdır. Yəni cəmi 710 meqavat. Hər şey plan üzrə gedərsə, təxminən bir il ya ilyarım ərzində ölkəmiz bu həcmdə bərpaolunan enerji istehsal edəcək. Bu isə yüz milyonlarla kubmetr qaza ixrac məqsədləri üçün qənaət etməyə imkan verəcəkdir.

Bərpaolunan enerji ilə bağlı dövlətimizin planlarına gəldikdə hələ ki, üç əsas enerji şirkəti ilə Azərbaycan arasında razılaşdırılmış imzalanmış anlaşma memorandumu var. Onlara uyğun olaraq həm quruda, həm dənizdə 25 qiqavat bərpaolunan günəş külək enerjisi istehsal ediləcəkdir. Bu həcmin 10 qiqavatı "Masdar" şirkəti, 12 qiqavatı "Fortescue" şirkəti tərəfindən istehsal olunacaqdır. "ACWA Power" şirkəti isə imzalanmış hazırda icra olunan razılaşmaya əlavə olaraq 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürəcəkdir. Bu, həqiqətən ölkəmiz üçün çox böyük potensialdır.

Musa BAĞIRLI,

"Respublika".