Əmək qanunvericiliyinin tələblərini pozan firma 20 min manat məbləğində cərimələnib
Digər xəbərlər

Əmək qanunvericiliyinin tələblərini pozan firma 20 min manat məbləğində cərimələnib

“Arzulu firması” ASC tərəfindən Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinin pozularaq qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb edilməsi faktına dair Qazax Rayon Prokurorluğunda aparılmış yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb.

Qazax Rayon Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin 2021-ci il 10 iyun tarixli qərarı ilə “Arzulu firması” ASC-yə 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilib.

AZƏRTAC