Elm gününə həsr olunmuş tədbir
Elm və təhsil

Elm gününə həsr olunmuş tədbir

Martın 27- AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Elm gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə görkəmli elm xadimləri ilə yanaşı, bir sıra ictimai təşkilatlar, o cümlədən QHT nümayəndələri iştirak edib.

Giriş sözü ilə tədbiri açıq elan edən AMEA-nın prezidenti İsa Həbibbəyli müasir dövrdə texnologiyanın üstünlüyü barədə məlumat verib. Elm günü münasibətilə bütün elm adamlarını təbrik edib. İ.Həbibbəyli deyib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi vətənpərvərlik prinsiplərini davam etdirmək bizim əsas məqsədimizdir.

Tədbir çərçivəsində Elm gününə həsr olunmuş qısa film nümayiş olunub. Filmdə ümummilli liderimizin rəhbərliyi ilə Azərbaycan elminə gətirilən töhfələrdən, akademiyanın görkəmli nümayəndələrindən AMEA-dakı yeniliklərdən bəhs edilib. Daha sonra millət vəkili Səməd Seyidov, Azərbaycan Ağsaqqalar Şurasının sədri Eldar Quliyev, AMEA-nın həqiqi üzvü Teymur Kərimli, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı da tədbirdə çıxış edib.

Xatırladaq ki, bu il ilk dəfə olaraq "İstinadda rekord" nominasiya diplomu təsis olunub laureatlara təqdim edilib. Təltif olunanlar arasında ilk sırada fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif Quliyevdir. AMEA-nın müxbir üzvünün əsərlərinə istinad sayı 4 778-dir. Elmi fəaliyyətini 1983- ildən SSRİ EA-nın V.A.Steklov adına Riyaziyyat İnstitutunda davam etdirmiş V.Quliyev 1987 1991-ci illərdə həmin institutda elmi təcrübə keçmişdir. V.Quliyev  2009-cu ildən AMEA-nın Riyaziyyat Mexanika İnstitutunda, 2019-cu ildən BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda çalışıb, 2021-ci ildən isə elmi işlər üzrə direktor müavinidir.

Bundan başqa, tədbirdə Məhəmməd Babanlı, Vüqar İsmayılov, Vaqif Abbasov, Fəxrəddin Qədirov digər görkəmli alimlər mükafatla təltif olunub.

Nəzrin ELDARQIZI,

"Respublika".