Əlirza Ərdəbili: Ağdamda gördüklərim bu vəhşiliyə göz yuman bəşəriyyətin üz qarasıdır
MÜSAHİBƏLƏR

Əlirza Ərdəbili: Ağdamda gördüklərim bu vəhşiliyə göz yuman bəşəriyyətin üz qarasıdır

Ağdamda mədəniyyətin izlərini və ermənilərin vəhşi, vandal, insanlıqdan uzaq əməllərinin şahidi oldum. Gördüklərim həm də bu vəhşiliyə göz yuman bəşəriyyətin üz qarasıdır.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ağdama səfər etmiş İsveçdə yaşayan Ərdəbildən olan jurnalist, Stokholmdakı "Azərbaycan səsi" radiosunun rəhbəri, "Tribun" jurnalının baş redaktoru, "Azərbaycan Tribunu" saytının direktoru, Güney Azərbaycan Milli Demokratik Birliyi təşkilatının sözçüsü Əlirza Ərdəbili deyib.

O bildirib ki, ermənilər 1890-cı ildən başlayaraq Osmanlı və Azərbaycan torpaqları hesabına özlərinə dövlət yaratmaq üçün çalışıb və buna qismən müvəffəq olublar. İrəvan xanlığının milli tərkibini dəyişdirib, cinayətkar planlar əsasında dövlət düzəldiblər.

"Ermənilərin cinayətkar əməlləri haqqında çox yazılmalı, filmlər çəkilməlidir. Mən də bir Azərbaycan ailəsinin üzvü kimi bu istiqamətdə üzərimə düşəni edəcəyəm", - deyə Əlirza Ərdəbili bildirib.